1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi.
– Tüfəngin lüləsi həkimin böyrünə toxundu.
Karl … avtomatın lüləsini yoxladı.
2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə.
– [Xortdan:] …cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa.
Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi.
// Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap.
3. anat. Qolda, qıçda: boru şəklində içiboş sümük.
[Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı.
4. bax lüləkabab.