LƏNGƏR

is. [ fars. ]
1. bax lövbər.
Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl).
Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza.

□ Ləngər vurmaq (vermək) – durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq.
Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn.
[Tank] ləngər vuraraq … yaxınlaşırdı. Ə.Məmmədxanlı.

2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar).
Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski.

// Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil.
[Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal.

// Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. ( Ata. sözü ).
3. Ləngərlə şəklində zərf – ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək.
– Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov.
Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏNGƏR yırğalanma — yellənmə — səndələmə
  • LƏNGƏR ağırlıq — taraz
LƏNG
LƏNGƏRİ
OBASTAN VİKİ
Ləngərud
Ləngərud — İranın Gilan ostanında yerləşən şəhər..Ləngərud şəhərinin əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləngərud şəhristanı
Ləngərud şəhristanı və ya Ləngərud bölgəsi — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.

Digər lüğətlərdə