LƏZİZ

sif. [ ər. ] bax ləzzətli 1-ci mənada. Ləziz yeməklər.
– Bəli, nəməklə olur rəsmdir kəbab ləziz! S.Ə.Şirvani.
O qədər ləziz xörəklər ki, bircə ramazan aylarında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə.
[Qəmər:] Gör sənə bacın badımcandan, pomidordan nə dürlüdürlü, ləziz xörəklər bişirəcəkdir. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏZİZ dadlı — tamlı
  • LƏZİZ ləziz bax ləzzətli
LƏZGİNKA
LƏZZƏT

Digər lüğətlərdə