1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik.
[Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov.
□ Laqeydlik göstərmək – laqeyd, etinasız yanaşmaq, başısoyuqluq göstərmək, maraq göstərməmək, saymamaq.
Elə mən də; Ondan məktub gələndə; Laqeydlik göstərib; Bəzən cavab yazmadım. Z.Xəlil.
2. Laqeydliklə şəklində
zərf – bax
laqeydcə(sinə).
Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. M.S.Ordubadi.
Cəmil sifətini laqeydliklə boz dağlara tərəf çevirdi. Q.İlkin.