LAYİQİNCƏ

zərf Lazım olduğu kimi, necə lazımsa, münasib şəkildə; ləyaqətlə, layiqli. Layiqincə qulluq etmək. Layiqincə qarşılamaq.
– Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. Aşıq Qərib”.
Molla Tanrıverdi də arvadı ilə amadə oldular ki, əziz qonağı layiqincə qəbul etsinlər. E.Sultanov.

// Lazımi qaydada, tələb olunduğu kimi, istənilən kimi.
Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. F.Köçərli.

// Lazımi kimi; yaxşı.
Telli eşidirdi, fəqət səs aydın gəlmədiyindən layiqincə anlamayırdı. S.Hüseyn.

LAYİQİ
LAYİQLİ

Digər lüğətlərdə