is. [
fars. ]
1. bax
lövbər.
Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl).
Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza.
□ Ləngər vurmaq (vermək) – durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq.
Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn.
[Tank] ləngər vuraraq … yaxınlaşırdı. Ə.Məmmədxanlı.
2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar).
Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski.
// Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil.
[Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal.
// Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. (
Ata. sözü ).
3. Ləngərlə şəklində
zərf – ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək.
– Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov.
Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal.