MÜCAVİR

sif. [ ər. ] köhn. Daim ibadətxana və ya türbə yanında yaşayıb vaxtını ibadətdə keçirən adam.
Mücavir onları başına toplayıb Pirhəsənin kəramətindən uzun-uzadı söyləyir. A.Şaiq.
[Rauf:] Əşrəf bəy bu məzarın daimi mücavirlərindəndir. H.Cavid.

// Məscid, türbə xidmətçisi.
Məscid mücaviri yüyürüb xanın ölmək xəbərini arvadına vermək istədi. Çəmənzəminli.

MÜCAHİD
MÜCAVİRLİK

Digər lüğətlərdə