1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.
2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini.
□ Müsəllaya çıxmaq – keçmişdə: elliklə dua edərək Allahdan yağış istəmək.
Çox quraqlıq keçirdi bipayə; Xəlq çıxmışdılar müsəllayə.
…Bir para yerlərdə camaat müsəllaya çıxıb, Allahdan yağış istəyib.
[Ərən:] Dəfələrlə müsəllaya çıxılırsa da, göydən yerə bir damla belə düşmür.