MÜZƏYYƏN

sif. [ ər. ] Zinətlənmiş, bəzənmiş, bəzək verilmiş; zinətli, bəzəkli.
Rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulmuşdur. M.F.Axundzadə.
Otağın iki üzbəüz tərəfi döşəklərlə müzəyyən idi. T.Ş.Simurq.

□ Müzəyyən qılmaq – bax müzəyyən etmək.
Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişdir o yerlərə seyli-qəm hücum? M.Hadi.
“Şərqi-rus”un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar. F.Köçərli.

Müzəyyən etmək – bəzəmək, zinətləndirmək, bəzək vurmaq.
Fitrət yolunu müzəyyən etdi; Üzün şəmi ilə rövşən etdi. Füzuli.
[Nəsir bəy:] Təvəqqe edirəm, birinci badəni içək məclisimizi müzəyyən edən iki gözəl xanımların sağlığına. M.Əliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜZƏYYƏN müzəyyən bax bəzəkli 1
MÜZƏKKƏR
MÜZİKL
OBASTAN VİKİ
Müzəyyən Şevqin
Müzəyyən Şevqin (1961) — geologiya mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Müzəyyən Şevqin 1961-ci ildə Adana ilində anadan olub. Çuxurova Universiteti Geologiya mühəndisliyi bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi və mühəndis geologiyası üzrə PhD dərəcəsi alıb. Geologiya mühəndisləri Palatasının Adana şöbəsinin sədri olub. Adana Şurası, Yüreğir Şurası, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Qadınlar Komissiyasında və Şəhər Problemləri Simpoziumlarında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Sənayə, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar Komissiyasının üzvü olub. İngiliscə bilir.

Digər lüğətlərdə