MÜZTƏRİB

sif. [ ər. ] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb).
– Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev.
Müztərib muzdur vaqonların pəncərələrinə baxabaxa vağzalın axır başınacan getdi. S.M.Qənizadə.
[Qurbanəli] sakit və müztərib oğluna baxır. H.Nəzərli.

□ Müztərib etmək – iztiraba salmaq, rahatsız etmək, təşvişə salmaq.
Bu hal o qadını daha artıq müztərib edəcəkdir. S.Hüseyn.

Müztərib olmaq – iztirab keçirmək, rahatsız olmaq, narahat olmaq, təşvişə düşmək.
Münəvvər xanım da təhsildən qalıb, … yoldaşları yadına düşüb, qayət müztərib olmuşdu. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜZTƏRİB müztərib bax narahat, nigaran
MÜZLİM
MÜZÜRR

Digər lüğətlərdə