1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir).
Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? – Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən.
[Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər.
Ədalətlə deyin, mən; Yalan danışdım məgər?
2. bağl. Ancaq, fəqət.
[Səfərəli:] …Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin.
[Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola.