MƏHBƏS

is. [ ər. ] Həbsxana. Məhbəsə salmaq.
[Aydəmir:] …Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur… C.Cabbarlı.
Diqqətlə saxlanılır Əjdər məhbəsdə; Sağalmış yarası, deyildir xəstə. H.K.Sanılı.

// Məc. mənada.
[Cariyə:] Sənsiz bütün cahan məhbəsdir ona. H.Cavid.
Get-gedə ev Şahmar üçün bir məhbəsə dönür, min bir rəngli gül-çiçək onun üçün bir heçə çevrilirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏHBƏS məhbəs bax həbsxana

Etimologiya

  • MƏHBƏS Ərəbcə həbs, məhbus sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏHARƏTSİZLİK
MƏHBƏSXANA

Digər lüğətlərdə