METALLÚRGİYA

[ yun. metallurgeo]
1. Ağır sənayenin, filizdən metal almaq və onun ilk emalı ilə məşğul olan sahəsi.
2. Metalların sənaye miqyasında istehsalı və onların ilkin emalı üsullarını öyrənən elm.
METALLİK
METALLURJİ
OBASTAN VİKİ
Metallurgiya
Metallurgiya — ərintilər adlanan metal elementlərinin, onların metallararası birləşmələrinin və qarışıqlarının fiziki və kimyəvi davranışını öyrənən elm və mühəndislik sahəsi. Metallurgiya, metalların elm və texnologiyasını; yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni Metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya ilə məşğul olan mütəxəssis metallurq adlanır. Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiyaya və fiziki metallurgiyaya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir.
Azərbaycanda metallurgiya
Azərbaycanda metallurgiya — Azərbaycanda metallurgiyanın hər ikisahəsi vardır: qara və əlvan metallurgiya. == Qara metallurgiya == Qara metallurgiyaya çuqun, polad istehsalı, dəmir filizinin hasilatı və emalı daxildir. Bakı, Sumqayıt və Daşkəsən şəhərləri böyük metallurgiyanın mərkəzləridir. 1954-cü ildən bəri Daşkəsəndə Dəmir filizi yataqları ilə yanaşı, bir filizayırma zavodu fəaliyyət göstərir. Sumqayıt boruyayma zavodunda borular və yayma məhsulları istehsal olunur. Prokat istehsalının həcmi ildə 700 min ton, borular isə ildə 540 min ton təşkil edir. Abşeronda həmçinin metal emalı zavodları da vardır. Qazax rayonunun Daş Salahlı kəndində hasil olunan bentonit və gildən polad qəliblərin hazırlanmasında istifadə olunur. Azərbaycanda ən böyük metallurgiya müəssisəsi olan "Baku Steel Company" 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır. Baku Steel Company tikinti armaturları, kvadrat kötükləri və başqalarının istehsalı ilə məşğul olur.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Qara metallurgiya
Qara metallurgiya — metallurgiya sənayesinin 2 sahəsindən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması.. 2013-cü ilin I rübündə metallurgiya sənayesinin istehsal həcmi 68 mln manat olub. Artım 1,3% təşkil edib. Hazır metal məmulatlar istehsalında (18,1 mln manat) 49,2% azalma qeydə alınıb. Ekspertlər hesab edir ki, Azərbaycanda qara metallurgiya məhsulları istehsalının vergidən yayındırılması halları var. Dövlətstatkoma görə, bu ilin yanvar-martında ölkədə tikinti armaturları istehsalı həcmi 57,6 min ton olub.
Belarus Metallurgiya Zavodu
Belarus metallurgiya zavodu (belar. Беларускі металургічны завод; БМЗ) — Belarusun Jlobim şəhərində yerləşən qara metallurgiya zavodu. Müəssisədə ümumilikdə 11 min insan işləyir. Avropada öz təyinatına görə ən böyük müəssisə sayılır. "Belarus metallurgiya şirkəti" holdinqinin idarəedici şirkətidir. == Təşkilatlanma tarixi == Metallurgiya zavodu "Voestalpine" (Avstriya) və "Danieli" (İtaliya) və digər şirkətlərin dəstəyi ilə təşkil edilmişdir. Zavodun ilk istehsal gücü illik 700 min ton polad təşkil edirdi. Müəssisə ilk istehsalını 15 oktyabr 1984-cü ildə gerçəkləşdirmişdir. Belarus Metallurgiya Zavodunun ilk direktoru Derojant Levonoviç Akopov olmuşdur. == İstehsal strukturu == Belarus Metallurgiya Zavodu 4 strukturdan ibarətdir.
Taqanroq Metallurgiya kolleci
Taqanroq Metallurgiya kolleci — Rostov vilayəti Taqanroq şəhəri qsra metallurgiya sahəsində ixtisaslaşmış orta istisas təhsil mərkəzi. Təhsil ocağının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 40. Taqanroq Metallurgiya texnikumu 21 iyun 1939-cu ildə açılmışdır. Texnikum Taqaqroq Metallurgiya zavodunun bazasında təşkil edilmişdir. 1939–1940-cı illərdə texnikuma 90 tələbə toplaya bilmişdilər. Burada hazırlayırdılar: Texnik-metallurq (prokat hazırlama üzrə), texnik-elektrik (elektrik avadanlıqları üzrə), texnik-mexanik (metal doğrama üzrə). Şevçenko Sergey Matveyeviç texnikumun ilk direktoru olmuşdur. Alman işğalı dönəmində 1941–1943-cü illərdə bina böyük zərər görmüşdür.
Mogilyov Metallurgiya Zavodu
Mogilev Metallurgiya Zavodu ASC (belar. Магілёўскі металургічны завод) — Mogilyov şəhərində yerləşən metal borular, texniki hissələr, dəmiryolu xətləri, dəmir və polad məhsulları istehsal edən Belarus müəssisəsidir. Zavod 1929-1932-ci illərdə Mogilyovun şimal-şərq hissəsində qurulub və əvvəllər A.F.Myasnikov adına Mogilyov Tökmə Boru Zavodu adlanırdı. Zavodun ilk məhsulları çuqun su kəməri borularıdır. 1932-1934-cü illərdə BSSR Xalq Komissarları Soveti yanında SSRİ Xalq Ağır Sənaye Komissarlığının, 1934-cü ildən isə Belarus Respublika Metal Emalı Sənayesi Trestinin tabeliyində olmuşdur 1937-ci ildə metalyayan prokat sexi istifadəyə verildi. Böyük Vətən Müharibəsi illərində zavodun avadanlıqları təxliyə edilmişdi. 1947-ci ildə polad təbəqələrinin, 1948-ci ildə isə boruların istehsalına başlandı. 1944-cü ilin iyun-noyabr aylarında zavod Belarus Respublika Aparat Sənayesi Trestinə, sonra Belmaşstankotrestə, 1946-cı ildən BSSR Yerli Sənaye Nazirliyinə tabe idi. 1953-cü ildə zavod artıq polad dam örtüklərinin istehsalını mənimsəmişdi. Elə həmin il boru tökmə zavodunun adı dəyişdirilərək metallurgiya zavoduna çevrildi.
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı — SSRİ medalı.

Digər lüğətlərdə