Milçək bir şey deyil, könül bulandırır. ( ).
Dedi divanə: – Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar.
◊ Milçək vızıltısı qədər – qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında.
Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi.
Milçək qovmaq (tutmaq) – avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq.
Milçək kimi vızıldamaq – ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir.
Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır.
Milçək uçsa eşidilər – tam sakit, xamuş, səssiz yer haqqında.
Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda.