MİNAS

«binas» etnonimindəndir, «güclü, qüdrətli; min aslan gücü olan» deməkdir.
MİNALI
MİNASAZ
OBASTAN VİKİ
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Minas (Salmas)
Minas (Fars.: ميناس‎) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənd. Minas şəhəri Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənddir. Bu kəndin əhali sayı 2006-cı ildə aparılan siyahıyaalınmaya görə, 137 ailə - 565 nəfərdən ibarətdir.
Minas Avetisyan
Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ – 23 fevral 1975, İrəvan) — Ermənistan-sovet rəssamı. Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi. Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi. Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi.
PUC Minas
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Minas Munisipal Muzeyi
Minas Munisipal Muzeyi — Kubanın Minas şəhərinin Koralon küçəsində yerləşən muzeydir. Muzey 29 dekabr 1982-ci ildə yaradılmışdır. Muzeydə tarixi və silah kolleksiyaları nümayiş olunur.
Müqəddəs Minas Katedralı
Müqəddəs Minas kafedralı — Krit adasında yerləşən Heraklion şəhərinin Venizelos meydanındakı pravoslav kilsəsi. 8 min nəfərə qədər əhalisi vardır. Müqəddəs Mina kilsəsi 1735-ci ildə tikilib və adanın türklər tərəfindən işğalı zamanı Krit metropolitenlərinin kafedralı olub. Kilsə hazırda böyük kafedralın əsas girişinin solunda yerləşir. Kafedralın tikintisinə 1862-ci il martın 25-də memar Afanasi Mussisin rəhbərliyi ilə başlanılmış və 33 il davam etmişdir. Tkinti 1866-cı ildən 1883-cü ilə qədər fasilələrlə davam etmişdir. Tikintinin əvvəlində məbədin bünövrəsindəki qurbangahın altına müxtəlif xalqların qızıl, tunc və gümüş sikkələri qoyulmuşdur. 1895-ci ildə katedral Müqəddəs Minanın şərəfinə Metropolitan Timotey tərəfindən təqdis edildi. Türklərin işğalının davam etməsinə baxmayaraq, katedralın təqdis mərasimi üç gün davam etdi. Onun divarları və tağları yunan-Bizans üslubunda tikilib, güclü günbəzləri isə ənənəvi Bizans freskaları ilə rənglənib.
Müqəddəs Minas kafedralı

Minas-Jerays Dövlət Universiteti
Minas-Jerays Dövlət Universiteti (port. Universidade do Estado de Minas Gerais) – Belo Horizonte şəhərində yerləşən universitet.
Minas Gerais Federal Universiteti
Minas Gerais Federal Universiteti (port. Universidade Federal de Minas Gerais və ya qısaca UFMG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Minas Gerais Pontifik Katolik Universiteti
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica de Minas Gerais) və ya qısaca Cefet-MG — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Pontifícia Universidade Católica de Minas Gerais
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.
Tekley Minassie Asgedom
Tekley Minassie Asgedom — Eritreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
İnori Minase
İnori Minase (水瀬 いのり, Minase Inori, d. 2.12.1995) — Yaponiya səs aktrisası və müğənnisi. Sony Music Entertainment Japan şirkətinin budaq şirkəti olan Sony Music Artists üçün fəaliyyət göstərir. 2015-ci ilin dekabrında King Records leyblı altında müğənni kimi debüt etmişdir. 2016-cı ilin martında "The Anthem of the Heart" anime filmindəki Cun Naruse roluna və "School-Live!" anime serialındakı Yuki Takeya rolunda görə 10-cu Seyyu mükafatı tədbirində "Ən yaxşı baş rol" kateqoriyasında mükafat sahibi olmuşdur.
Levon Minasyan
Levon Minasyan (1953, Marsel) — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı. O İsanın ehtirasları kimi filmlərin musiqilərinin müəllifidir. Şarl Aznavur kimi şəxslərlə əməkdaşlıq edib.