İbrahim Muteferrika
İbrahim Mütəfərrikə (türk. İbrahim Müteferrika; 1674, Kluj-Napoka – 1745, Konstantinopol) — macar əsilli osmanlı dövlət xadimi, ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf. Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxs.
1674 Kolojvarda doğulub. 1745-ci ildə İstanbulda vəfat edib.
İbrahim Mütəfərrikənin mətbəəsində cəmi 17 kitab çap edilmişdir:
Kitab-i Lüğət-i Vankulu (Sihah Əl-Cəvhəri), 2 cilddə, 1729
Töhfət-ül Kibar fi Əsfar əl-Bihar, 1729
Tarix-i Səyyah, 1729
Tarix-i Hind-i Qarbi, 1730
Tarix-i Timur Gürgan, 1730
Tarix-i Mısri Qədim və Misri Cədid, 1730
Gülşən-i Xüləfa, 1730
Grammaire Turque, 1730
Üsul əl-Hikam fi Nizam əl-Ümam, 1732
Fiyuzat-i Mıknatısiye, 1732
Cahannüma, 1732
Təqvim əl-Təvarih, 1733
Kitabi Tarix-i Naima, 2 cilddə, 1734
Tarix-i Rəşid, 3 cilddə, 1735
Tarix-i Çələbizadə, 1741
Əhval-i Qazavat dər Diyar-i Bosna, 1741
Kitab-i Lisan əl-Əcəm əl Müsəmma bi-Fərhəng-i Şüuri, 2 cilddə, 1742
Bu kitablardan "Tarix-i Çələbizadə"nin bir çox nüsxəsi "Tarix-i Rəşid"in üçüncü və son cildinin arxasına əlavə edilərək cildlənib satıldığı üçün, bəzi mənbələrdə səhvən Mütəfərrikənin 16 kitab çap etdirdiyi qeyd olunur.