MƏRYƏMNOXUDU

is. bot. Azərbaycanın meşələrində bitən ot-bitki.
MƏRYƏMQURDU
MƏRYƏMOTU
OBASTAN VİKİ
Məryəmnoxudu
Məryəmnoxudu (lat. Teucrium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Adi məryəmnoxudu (Teucrium chamaedrys L.) Hirkan məryəmnoxudu (Teucrium hyrcanicum L.) Dərman məryəmnoxudu (Teucrium marum L.) Şərq məryəmnoxudu (Teucrium orientale L.) Xırdaçiçək məryəmnoxudu (Teucrium parviflorum Schreb.) Ağ məryəmnoxudu (Teucrium polium L.) Skordi məryəmnoxudu (Teucrium scordium L.) Məryəmnoxudu:The Plant List saytında takson barədə məlumat.
Adi məryəmnoxudu
Adi məryəmnoxudu (lat. Teucrium chamaedrys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 10-45 sm, aşağısı oduncaqlı, sadə və ya az budaqlanan, yumşaqtüklü, cox vaxt qırmızımtıl olan bitkidir. Yarpaqları qısa saplaqlı, uzunsov yumurtavari və ya elliptik, qıraqları yarımdairəvari dişlidişli, üstdən əlvan yaşıl, altdan solğun, hər iki tərəfdən aztüklüdür. Köbələri 2-6 çiçəklidir, gövdənin və budaqların təpəsində birləşərək salxımvari çiçəkqrupu əmələ gətirir. Kasacığı zınqırovvari, qırmızımtıl, bəzən al qırmızı, bir qədər tüklüdür. Tacı 10–15 mm uzunluqda, fırfır rəngli, xaricdən sıx tüklüdür. Fındıqcaları 1,5 mm uzunluqda, hamar və ya azacıq qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır.
Ağ məryəmnoxudu
Ağ məryəmnoxudu (lat. Teucrium polium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaedrys polium (L.) Raf. == Yarımnövləri == Teucrium polium subsp. aurasiacum (Maire) Greuter & Burdet Teucrium polium subsp. chevalieri Maire Teucrium polium subsp. clapae S.Puech Teucrium polium subsp. polium Teucrium polium subsp.
Dərman məryəmnoxudu
Dərman məryəmnoxudu (lat. Teucrium marum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaedrys marum (L.) Moench == Yarımnövləri == Teucrium marum subsp.
Hirkan məryəmnoxudu
Hirkan məryəmnoxudu (lat. Teucrium hircanicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20-25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Skordi məryəmnoxudu
Skordi məryəmnoxudu (lat. Teucrium scordium) - məryəmnoxudu cinsinə aid bitki növü.
Xırdaçiçək məryəmnoxudu
Xırdaçiçək məryəmnoxudu (lat. Teucrium parviflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.
Şərq məryəmnoxudu
Şərq məryəmnoxudu (lat. Teucrium orientale) — məryəmnoxudu cinsinə aid bitki növü.
Məryəmnoxuduyarpaq topulqa
Məryəmnoxuduyarpaq topulqa (lat. Spiraea chamaedryfolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Cənub və Qərbi Sibirdə, Qazaxıstanda, Mərkəzi Avropada yayılmşdır. Möhkəm, yumru çətirinin buğumlu zoğları olan, hündürülüyü 1,5-2 m-dək çatan koldur. Yarpaqları enli-uzunsov-yumurtavari, ucu biz, bünövrəsi yumru və ya dar, kənarı mərkəzinədək bütöv, ayanın ucunda cüt dişlidir. Uzunluğu 3,5 sm-dən 4,5 sm-dəkdir. Yarpaqların üst tərəfi parlaq yaşıl rəngli, alt tərəfi göyümtüldür. Mayda-iyunda çiçəkləyir, iyulda-avqustda meyvə verir. Ağ çiçəkləri 6-20 ədəd çiçəkli qalxanvari çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları çılpaqdır.

Digər lüğətlərdə