1. Şöhrət qazanmış, adlı-sanlı, şöhrətli, tanınmış. Məşhur alim. Məşhur idmançı.
□ Məşhur etmək – ad qazandırmaq, şöhrətləndirmək.
Məşhur olmaq – ad-san qazanmaq, şöhrətlənmək, məşhurlaşmaq.
2. Hamıya məlum olan, çoxunun bildiyi, məlum.
□ Məşhur etmək (qılmaq) – tanıtmaq, hamıya bildirmək, məlum etmək.
Məşhur olmaq – tanınmaq, hamıya məlum olmaq.
◊ Qələti-məşhur – yanlış olduğu halda xalq arasında işlənilən söz və ya ifadə.