NƏCƏFQULU

Əlinin qəbri olan yerin qulu; Əlinin qulu.
NƏCƏFXAN
NƏCİ
OBASTAN VİKİ
Nəcəfqulu Nəcəfov
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu (1881, Naxçıvan – 29 noyabr 1937, Bakı) — maliyyəçi, diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, RSFSR-in Ankarada mətbuat bürosunun tərcüməçi-müxbiri. 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunması zamanı Naxçıvan yerlilər cəmiyyətinə sədrlik etmişdir. Nəcəfovların adı çəkiləndə öncə xatırlanan görkəmli Mollanəsrəddinçi və şair Nəcəfqulunun əmisi oğlu Əliqulu Nəcəfov-Qəmküsar yada düşür. Onun tədqiqatçılarının yazdıqlarından məlum olur ki, Nəcəfovlar Naxçıvan Culfasına Ərdəbildən köçüb gəliblər. Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu az bir zamanda Culfanın məşhur tacirlərindən biri olur. Ələkbər Nəcəfovun həyat yoldaşı Bilqeyis xanım naxçıvanlı Şeyxovların qızı idi. Şair Əliqulu Qəmküsar və ictimai xadim Rzaqulu Nəcəfov haqqında xeyli məlumatlar olsa da, onların əmisi, yəni Nəcəfqulunun atası Məmmədhüseynin fəaliyyəti barədə geniş məlumat yosdur. Təkcə onun "Fani" təxəllüsü ilə farsca bir sıra qəzəl, qəsidə yazmağı haqqında məlumat vardır. Araşdırmalar zamanı məlum oldu ki, Məmmədhüseyn tacirliklə yanaşı, həm də maarifçi adam olmuşdur. Nəcəfovların yaxın ailəvi dostları Məhəmməd Tağı Səfərov-Sidqi, Mirzə Məhəmməd Zamanbəyov və qohumları Nəsrulla və Fərəculla Şeyxov qardaşları idi.
Nəcəfqulu Nəcəfоv
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu (1881, Naxçıvan – 29 noyabr 1937, Bakı) — maliyyəçi, diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, RSFSR-in Ankarada mətbuat bürosunun tərcüməçi-müxbiri. 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunması zamanı Naxçıvan yerlilər cəmiyyətinə sədrlik etmişdir. Nəcəfovların adı çəkiləndə öncə xatırlanan görkəmli Mollanəsrəddinçi və şair Nəcəfqulunun əmisi oğlu Əliqulu Nəcəfov-Qəmküsar yada düşür. Onun tədqiqatçılarının yazdıqlarından məlum olur ki, Nəcəfovlar Naxçıvan Culfasına Ərdəbildən köçüb gəliblər. Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu az bir zamanda Culfanın məşhur tacirlərindən biri olur. Ələkbər Nəcəfovun həyat yoldaşı Bilqeyis xanım naxçıvanlı Şeyxovların qızı idi. Şair Əliqulu Qəmküsar və ictimai xadim Rzaqulu Nəcəfov haqqında xeyli məlumatlar olsa da, onların əmisi, yəni Nəcəfqulunun atası Məmmədhüseynin fəaliyyəti barədə geniş məlumat yosdur. Təkcə onun "Fani" təxəllüsü ilə farsca bir sıra qəzəl, qəsidə yazmağı haqqında məlumat vardır. Araşdırmalar zamanı məlum oldu ki, Məmmədhüseyn tacirliklə yanaşı, həm də maarifçi adam olmuşdur. Nəcəfovların yaxın ailəvi dostları Məhəmməd Tağı Səfərov-Sidqi, Mirzə Məhəmməd Zamanbəyov və qohumları Nəsrulla və Fərəculla Şeyxov qardaşları idi.
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəcəfqulu Rəfiyev
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev (22 mart 1915, Ordubad, Naxçıvan qəzası – 24 dekabr 1970, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir. N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir.
Nəcəfqulu xan
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu İsmayılov
Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart 1923, Bakı – 25 mart 1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməmişdir. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır. Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır. O, 25 mart 1990-cı ildə vəfat etmişdir. Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir. Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır.
Qoçu Nəcəfqulu
Qoçu Nəcəfqulu (v. 29 may 1920) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi. 1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. Özü ilə gəzdirdiyi keçisi olub.
Nəcəfqulu bəy Şeyda
Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa – 1936, Bakı) — azərbaycanlı şair. Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda təhsilini davam etdirib. Quberniya idarəsində iyirmi beş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində neft quyuları almışdı. Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur. Nəcəfqulu bəy şair idi. Şeyda təxəllüsü ilə şeir yazırdı.
Nəcəfqulu xan Bəxtiyari
Nəcəfqulu xan Bəxtiyari (fars. نَجَف‌قُلی خان بَختیاری‎; 1851, Çahar-Mahal və Bəxtiyari ostanı – 1931 və ya 1930, İsfahan) — İranın baş naziri, Səəddövlə, siyasətçi. Nəcəfqulu xan Hüseynqulu xan oğlu 1851-ci ildə İsfahan şəhərində anadan olmuşdu. əslən Bəxtiyari elindəndir. 3 may 1909-cu ildən 16 iyul 1909-cu ilədək birinci dönəm Qacarlar dövlətinin baş naziri olmuşdu.23 dekabr 1912-ci ildən 11 yanvar 1913-cü ilədək ikinci dönəm baş nazir vəzifəsini tutmuşdu. Nəcəfqulu xan Bəxtiyari 1931-ci ildə vəfat edib.
Nəcəfqulu xan Dünbili
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy, Qərbi Azərbaycan ostanı – 1784, Təbriz) — Təbriz hakimi. Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi. Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı. Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib. Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
Nəcəfqulu xan Çərkəz
Nəcəfqulu xan və ya Nəcəfqulu xan ibn Qazaq xan Çərkəz Şirvan əyaləti (1-ci dəfə; 1653, 2-ci dəfə; 1663–67) və İrəvan əyalətinin (Çuxursəəd adı ilə də tanınan) (1656–1663) bəylərbəyi olan çərkəz əsilli Səfəvi məmuru. Səfəvi-çərkəz hərbi komandiri və bəylərbəyi Qazaq xan Çərkəzin oğlu idi. Ümumilikdə Şirvanda 7 il bəylərbəyi oldu. Bournoutian, George. The Journal of Zak'aria of Agulis. Mazda Publishers. 2003. səh. 68. ISBN 978-1568591070.
Nəcəfqulu Rəfiyev küçəsi (Bakı)
Nəcəfqulu Rəfiyev küçəsi - Bakı şəhəri Xətai rayonunda uzunluğu 1 050 m, eni 16 m olan küçə. Küçə Nobel və Babək prospektlərini birləşdirir. Küçə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyır.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Nəcəfqulu xan Qasımlı-Avşar
Nəcəfqulu xan Hüseynqulu xan oğlu Qasımlı-Avşar (?-?) — Urmiya xanı. Nəcəfqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan 1821-ci ildə Urmiyanın hakimi təyin olunmuşdu. B. Nikitin yazır: «Atası bəylərbəyi Hüseynqulu xan Salmas və Urmiya karvanlarını yağmalayan Albak kürdlərinin bölgədə yaratdıqları qarmaşaya bir son vermək və düzəni yenidən yaratmaq üçün, ölən sədrəzəm Məhəmməd Hüseyn xan Isfahiyə yerinə keçməli olan adamı saraya gətirilməsini əmr etdi, lakin 1236-cı ildə öldü». Abbas mirzə Qovanlı-Qacar 1827-ci ildə Urmiyaya gəlmişdi. “Şahzadə Urmunun hökumətini Nəcəfqulu xan Avşara tapşırdı. Şaha çatdırmaq üçün bir məktub yazıb, qardaşı Qasım mirzəyə verib, Tufarqana yola düşdü. Şahzadə Tufarqana gedərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan kiçik qrupunda komandanlığı Mərhəmətabadda Bəhram mirzəyə buraxdı.
Nəcəfqulubəyli
Nəcəfqulubəyli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Nəcəfqulubəyli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd.
Nəcəfqulubəyli (Ağcabədi)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Nəcəfqulubəyli (Bərdə)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Nəcəfqulubəyli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəcəfqulubəylilər
Nəcəfquluqışlağı (Germi)
Nəcəfquluqışlağı (fars. نجفقلي قشلاقي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 348 nəfər yaşayır (61 ailə).
Qalacıq-i Nəcəfquluxan (Miyanə)
Qalacıq-i Nəcəfquluxan (fars. قلعه جوق نجف قلي خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 626 nəfər yaşayır (105 ailə).