NUTS

nuts1

n qozkimilər (qoz, fındıq, badam, şabalıd və s.)

nuts2

adj amer. jarq. dəli, gic, axmaq, sarsaq; Stop that, it’s driving me nuts Qurtar / Qurtarın bunu, bu məni dəli edir; to be ~ dəli-divanə olmaq; She was nuts about the boy next door Qız qonşu oğlandan ötrü dəli-divanə idi

NUTRITIVE
NUTSHELL
OBASTAN VİKİ
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Happie Nuts
Happie Nuts (ハピーナッツ, Hapii Natsu) – Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu. 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur. == Tarixi == "Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi. Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur.2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır. 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür. == Modellər == Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı. Ena Matsumoto, Sayoko Ozaki, Akane Satomi, Sayaka Taniquçi, Miyu İşima, Saki Nanba, Eriko Taçiya, Şizuka Takeda, Hiromi, Akane Suda və Nikol Abe kimi şəxslər jurnalın ekslüsiv modelləri olmuşdular.
NUTS:TR
= Türkiyədə NUTS bölgələri =
NUTS Avstriyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. NUTS (Nomenclature of Territorial Units for Statistics) – Avstriyanın (AT) kodları üç səviyyəyə malikdir: əsas sosial-iqtisadi regionlar standartla müəyyən edilmiş (NUTS1), Avstriya Respublikasının federal dövlətlərinin qruplarına cavab verir; bu standartla müəyyən edilmiş regional siyasətin tətbiqi üçün əsas bölgələr (Avstriyanın NUTS 2 ərazisi vahidləri) birinci növbənin inzibati ərazi vahidlərinə - Avstriya Respublikasının federativ torpaqlarına; standartla müəyyən edilmiş kiçik rayon və iri şəhərlər (Avstriyanın NUTS 3-nin ərazi vahidləri) birinci növbədə inzibati ərazi vahidləri - Avstriyanın siyasi rayonlarında qruplar və onların hissələri.
NUTS Türkiyədə
= Türkiyədə NUTS bölgələri =
NUTS Şimali Makedoniyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. Şimali Makedoniya AB üzvlüyünə namizəddir, buna görə də nominal olaraq NUTS nomenklaturasına daxil edilmişdir. Nomenklatura üç səviyyəyə malikdir: NUTS-1: MK0 Şimali Makedoniya NUTS-2: MK00 Şimali Makedoniya NUTS-3: 8 statistika regionları MK001 Vardar MK002 Şərqi MK003 Cənub-qərb MK004 Cənub-şərq MK005 Pelaqoniya MK006 Poloq MK007 Şimal-şərq MK008 SkopyeMövcud NUTS səviyyələrinə əlavə olaraq, iki səviyyəli LAU var (1-ci səviyyə - bələdiyyələr, 2-ci - kəndlər).
IV Məhəmməd nutsal
IV Məhəmməd nutsal həmçinin Nursal-bəy, Mersel-xan, ləqəbi Cəsarətli (1730 və ya 1731, Xunzax — 1774, Şamaxı) — 1735-1774-cü illərdə Avar xanlığının hökmdarı, Nutsal sülaləsindən olan V Ümmə xanın atası. Avar Nutsalların nümayəndəsi olaraq Məhəmməd 5 yaşında taxta çıxır. Qardaşı Məhəmməd Mirzə ilə birlikdə hökmranlıq eedir, ancaq xanlıqda əsl hakimiyyət Məhəmməd nutsalın əlində idi. Başqa bir versiyaya görə 1744-cü ilə qədər hökmranlıq edən II Nutsal-xan olur və ondan sonra I Mahmud-xan olur. Məhəmməd-nutsalın əsas uğurlarından biri də Avar xanlığının ətrafında Avar torpaqlarının birləşməsi olur. Məhəmməd nutsal Nadir şah qoşunlarının məğlub edilməsində mühüm rol oynayır, o da tez-tez basqınları ilə Gürcüstanı narahat edirdi. 1772-ci ildə Məhəmməd-nutsal Azərbaycan xanları arasındakı qarşıdurmaya müdaxilə edir və nəticədə döyüşlərin birindən sonra danışıqlar zamanı öldürülür. == Erkən illər == Məhəmməd-nutsal 1730 və ya 1731 -ci ildə Xunzaxda anadan olmuşdur. Anonim bir müəllifin 19-cu əsrin birinci yarısında yaddaqalan qeydlərdə yazdığı kimi, "Məhəmməd Nutsal Ümmə xandan doğulub". Xunzax əfsanələrinə görə, bu Məhəmməd-nutsal, Duqru-Nutsalın oğlu Bulaç ləqəbli Ümmə-xanın oğlu idi.
Nutsara Tomkom
Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı. == Karyerası == Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir.Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır.2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır. Rabitədə karyerasında ilk dəfə olaraq Çempionlar Liqasının "dördlər finalı"nda oynayan voleybolçu komandası ilə birlikdə üçüncülük yaşaması ilə yanaşı bir şəxsi mükafat da qazanmışdır.
Şalva Nutsubidze
Şalva İsakoviç Nutsubidze (gürc. შალვა ისაკის ძე ნუცუბიძე; 14 dekabr 1888 – 6 yanvar 1969[…], Tbilisi) — Gürcü və sovet filosofu, ədəbiyyatşünas, mədəniyyət tarixçisi. Aletoloji realizm (həqiqət doktrinası) cərəyanının banisi. Gürcü fəlsəfəsi tarixinin ən böyük tədqiqatçısı. Fəlsəfə elmləri doktoru (1926). == Həyatı == 14 dekabr 1888-ci ildə Tsxaltubski rayonunun (Gürcüstan) Partsxanakanebi kəndində anadan olub. 1910-cu ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirib. A. İ. Vvedenski, N. O. Losski, İ. İ. Lapşinin seminarlarına qatılmışdır. 1911–1914-cü illərdə xaricdə oxumuş və çalışıb, Leypsiqdə Vilhelm Vundt, Volkelt və Bartın rəhbərliyi altında təhsil alıb. Tbilisi Dövlət Universitetinin qurucularından biri olub.
гипо́физ за́льный и́чиг любозна́тельный непокори́мость пода́вленный подколу́пываться приучи́ть гугено́тка наозорова́ть несла́женность фея Baconian entablature fanged guest-card pretender smart-alecky songful spot bombing vegetable oil взрывоопасный подвластный прокладка цыплячий