O

iş. əvəz.
1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan, yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir (bu müqabili). O kitablar mənimdir.
O otaqda kim yaşayır? – Əsmər o evə heç getməmişdi. S.Hüseyn.

2. Qoşa olan iki şeyin ikincisini göstərir (bu biri müqabili). Yolun o tərəfində. Gölün o sahili.
– …Molla Güləndam bacı on-on beş qız ilə çəpəri basıb o taya keçdilər. Çəmənzəminli.

3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. O mümkün deyil.
[Cahan:] Evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov.

◊ O biri1) başqa, digər, özgə, o.
O biri otaqdan Məşədi İbadı gətirirlər. Ü.Hacıbəyov.
O biri xəstələrin sözlərini aydın eşitmədim. M.Hüseyn;

2) gələn, növbəti, sonrakı. O biri dəfə gələrəm;
3) ertəsi, sabahı. O biri gün onu görmədim.
O cümlədən – çox şey və ya çox adam arasından bir şeyi və ya bir adamı ayırıb göstərmək üçün işlədilir. Hamı, o cümlədən mən də orada idik.
– Zeynalabdin uşaqları, o cümlədən Güldəstəni tanıdı. H.Seyidbəyli.

O gün olmaz (olmayıb) – həmişə, hər gün. O gün olmaz bizə gəlməsin.
[Qadir Sonaya:] O gün olmayıb karxanaya getməyəsən, lülə sarımayasan. Ə.Əbülhəsən.

O halda – o vəziyyətdə, o zaman.
[Şah:] O halda bizim qanımız sənə halaldır. Ü.Hacıbəyov.
O ki qaldı –
…haqqında danışsaq, …gəlincə, …gəldikdə.
O ki qaldı hökumət məktəbləri, … burada, bir nəfər sarıqlı müəllim, əlbəttə, tapılar. C.Məmmədquluzadə.

O ki var – çox, həddən artıq; lap çox.
Lotular o ki var yedilər. Aşıq Qərib”.
Onunla belə – …baxmayaraq.
Onunla bərabər – eyni zamanda, yanaşı olaraq, birlikdə.

Omonimlər

  • O O I əvəz. Üçüncü şəxsin təki. O II əvəz. İşarə məqsədi ilə işlədilir

Etimologiya

  • O Bu əvəzliyin mənası qədim hind dilində “başqası” deməkdir. Qədimdə bizdə ol, an formalarında işlədilib
O
O

Digər lüğətlərdə