ONDA

zərf
1. İndi yox, o zaman, o vaxt. Gələrəm, onda danışarıq.
– Bir xəlvət yer ola, əğyar olmaya; Onda söhbət edək ikimiz belə. M.P.Vaqif.

2. Elə isə, o halda, elədə. Onda düz demirsən. Onda görərsən.

Antonimlər (əks mənalı sözlər)

  • ONDA ONDA – İNDİ Əgər onda mane olurdular, indi olmazlar (Mir Cəlal)

Etimologiya

  • ONDA Bu əvəzlikdəki n samiti tarixi qalıqdır: əvəzlik ol, an, al və s. formalarda işlə­di­lib, sonra o şəklində sabitləşib
ONCA
ONDÖRDLÜK
OBASTAN VİKİ
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Ondara
Ondara (isp. Ondara) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 10,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6570 nəfərə çatmışdır.
Ondatra zibethicus
Ondatra zibethicus, müşk siçovulu (lat. Ondatra zibethicus) — ondatra cinsinə aid heyvan növü. Ondatra gəmiricilər dəstəsinin çöl siçanları yarımfəsiləsindən məməli heyvan növüdür. Bədəninin uzunluğu 35 sm-dək, quyruğu 28 sm-dək, kütləsi 1,5 kq-dək olur. Xəzi sıx, rəngi tünd-qəhvəyidən qaraya qədər olur. Erkəklərin qasıq vəziləri çoxalma dövründə tərkibində müşk olan sekret ifraz edir. Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilmiş və bütün Avrasiyaya, hətta subarktikaya da yayılmışdır; çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çatmışdır. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır.
Psilostomum ondatrae
Psilostomum ondatrae (lat. Psilostomum ondatrae) — heyvanlar aləminin yastı qurdlar tipinin trematodlar sinfinin plagiorxidlər dəstəsinin psilostomatidlər fəsiləsinin psilostomum cinsinə aid heyvan növü. bədənin uzunluğu 1,29-1,57 mm, eni isə (yumurtalıqların nahiyyəsində) 0,504-0,5824 mm-dir. Tam dairə şəklində olmayan ağız əmziyi 0,163-0,168x0,157 mm ölçülüdür. Farinks 0,062-0,056 mm-ə bərabərdir. Birinci toxumluğun ölçüsü 0,203-0,236x0,426-0,381 mm, ikincininki 0,235-0,258x0,392-0,381 mm-dir. Cinsi bursa oval şəkildədir və onun oturacağı oval şəkillidir və onun oturacağı qarın əmziyinin mərkəzində durur. Qısa balalıq qrın əmziyi ilə birinci toxumluğun arasında yerləşir. Yumurtalar oval şəkilli olub, 0,084-0,090x0,056 mm ölçüyə malikdir. Azsaylı endem növdür.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir. 2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir.

Digər lüğətlərdə