OUT

out1

n 1. bir şeyin bayır / xaric tərəfi; 2. çıxış, çıxış yolu (çətin vəziyyətdən); 3. buraxılış vərəqəsi; 5. id. oyunçunu çıxartma; çıxarılan oyunçu 6. id. topun meydandan çıxması

out2

adj 1. xarici, bayır; kənar; 2. id. oyundan kənar; 3. qeyri-adi / böyük ölçülü; ~ sizə çox böyük ölçü; 4. başqa yerdə fəaliyyət göstərən və ya baş verən; ~ match rəqib meydançasında oyun; 5. qaib, yerində olmayan; 6. dəbdən düşmüş

out3

v 1. (from) qovmaq, bayıra çıxarmaq; 2. məhrum etmək; 3. söndürmək (işığı, alovu və s.); 4. məhv etmək; 5. id. d.d. nokauta salmaq (boksda); 6. id. topu vurub meydandan kənara çıxartmaq; 7. d.d. gəzməyə / ekskursiyaya getmək

out4

adv 1. bayıra, kənara, bayırda; She has gone out O, bayıra çıxıb; 2. bir şeyin sonunu / bitməsini bildirir; before the month is ~ ayın axırına kimi / qədər; 3. bir şeyin bitməsini / qurtarmasını bildirir; The food ran out Ərzaq qurtardı; 4. hər hansı normadan / qaydadan / həqiqətdən kənara çıxmanı, dəbdən düşməni bildirir; Jazz is out Caz artıq dəbdə deyil / dəbdən düşüb;

◊ ~ and about xəstəlikdən sağaldıqdan sonra; ~ and away xeyli / müqayisəsiz dərəcədə

out5

prep (out of) Azərbaycan dilinə çıxışlıq hal şəkilçiləri (-dan;-dən) və inkarlıq bildirən şəkilçilər (-sız; -siz; -suz; -süz) vasitəsilə tərcümə edilir və ya tərcümə edilmir. Aşağıdakı mənalara işarə edir: 1) bir əşyadan kənar olmaya: ~ of turn növbədən kənar; Out of sight, out of mind at. söz. Gözdən uzaq, könüldən İraq; 2) hər hansı hüduddan çıxan hərəkətə: ~ of sequence nizamsız, nizamdan kənar; 3) hər hansı əşya və ya xüsusiyyətin olmamasına: ~ of money pulsuz; ~ of work işsiz; ~ of time vaxtsız, bivaxt; 4) əşyanın düzəldiyi materiala: The souvenir was made out of glass Suvenir şüşədən düzəldilmişdi; 5) tamın hissələrə nisbətinə: five ~ of ten ondan beşi; 6) hərəkətin səbəbinə və nəticəsinə: ~ of envy paxıllıqdan; ~ of necessity ehtiyacdan; 7) musiqi ritminə / ahənginə uyğun olmamağa: out ~ tune xaric; ~ of use istifadədən çıxmış

OUSTER
OUTAGE
OBASTAN VİKİ
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Dig Me Out
Dig Me Out — ABŞ rok qrupu Sleater-Kinney-nin üçüncü studiya albomu. 8 aprel 1997-ci ildə Kill Rock Stars tərəfindən buraxılıb.
Let Me Out
Let Me Out — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan gospel ifaçısı Meyvis Steypls və Nyu-Yorkdan olan repçi Pusha T xüsusi qonaq qismində çıxış edir. Mahnı 6 aprel 2017-ci ildə albomdan beşinci sinql kimi buraxılıb.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
She's Out Of My Life
She's Out Of My Life — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
In and Out of Consciousness: The Greatest Hits 1990–2010
In and out of Consciousness: Greatest Hits 1990-2010 (Azerbaycanca:Şüurun İçi və Dışı) İngilis müğənni söz yazıçısı Robbi Vilyamsın ikinci greatest hits'i toplama albomudur. Albom 39 parça ehtiva edən albom, 2010 Ekimi'nde satışa çıxarıldı və EMI şirkətiylə etdiyi bu ankı kontratında çıxan son albomdur. Albomun baş təklisi "Shame", Take That 'dən Gary Barlow'la yazıldı və səsləndirildi. Mahnı Vilyams'ın ayrıldığı Take That'le 15 il aradan sonra ilk birlikdə çalışması oldu. Vilyams'ın rəsmi saytı onun xitlərini ehtiva edəcək bu albomun; Vilyams'ın 55 milyon albom satışı, 11 milyon təkli satışı, Birləşmiş Krallıqda 7 ədəd bir nömrəli albom (onu UK'nin ən çox satan solo artis edən), ən sürətli bilet satışı Guiness Dünya Rekordu və Brit Mükafatları tərəfindən qazandığı "Musiqiyə Üstün Katkı Mükafatı" kimi musiqi həyatında qazandığı nailiyyətləri qeyd etmək üçün bu albomu çıxardığı ifadə etdi. Albom qapağı, "Reality Killed the Video Star" və "Bodies"'in albom qapağı fotoqrafı Julian Broad tərəfindən 2010-ci ilin May ayında Kaliforniya Malibu sahillərində çəkildi.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Burn This Disco Out
Burn This Disco Out — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Kopa de l'Outre-Mer
Microsoft Office Outlook
Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Proqramlarda aşağıdakılar istifadə edilir: təqvim tapşırıqlar planı elektron poçt ünvanlar kitabçası. Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.
Microsoft Outlook Express
Microsoft Outlook – elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir. Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir. Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur. Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir. Məktublarla əməliyyat.
Outbreak Company
Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎) — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur.
Outbreak Company: Moeru Shinryakusha
Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎) — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur.
Outerbanks Entertainment
Outerbanks Entertainment — seriallar və filmlər istehsal edən şirkət, əsası 1995-ci ildə Los-Anceles, Kaliforniya, Amerika Birləşmiş Ştatları-da ssenari müəllifi Kevin Williamson tərəfindən qoyulmuşdur.
Outerqeyt qalmaqalı
Votergeyt qalmaqalı (ing. Watergate scandal) - Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi skandal. Votergeyt, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal otelin daxilində baş verdiyinə görə elə Votergeyt qalmaqalı və ya qısaca olaraq Votergeyt adlanmışdır. 17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Votergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. 1972-ci il, iyun ayının 17-də Vaşinqtondakı “Votergeyt“ mehmanxanasında təhlükəsizlik əməkdaşı kimi çalışan Frank Vills gecəyarı qaraj və digər otaqları bir-birinə bağlayan pilləkənin arxasında qapının bağlanmasına mane olan bir neçə lent aşkar etdi. Əvvəlcə, o düşündü ki, bu xidmətçinin əməlidir və bunu təmizlik məqsədi ilə edib. Sonra bir necə mərtəbə yuxarı qalxıb, ətrafı yoxlayanda belə lentlərdən daha bir neçəsini gördü.
Outfit7
Outfit7 — "Mənim danışan Tomum", "Danışan Tom və dostları", "Danışan Angela" oyunları ilə tanınan beynəlxalq bir şirkətdir. Outfit7, universitetdə komputer elmi üzrə oxuyan və İOS App Storenin ilk çıxışını təqib edərək proqramlar işinə girmək istəyən Samo və İzo Loqin qardaşları tərəfindən başladıldı. 2009-cu ildə 6 dostla birlikdə 250000 dollar sərmaye qoydular. Daha sonra Lyublyanada futbol proqramı və səyahət rəhbəri kimi bəzi proqramlar yaratmağa başladılar. Altı ay sonra "Danışan Tom" adlı uşaq proqramı hazırladılar. Oyun 10 Yanvar 2011-ci ildə İOSda, 17 Fevral 2012-ci ildən isə Androiddə yayımlandı. Oyun sürətlə populyarlaşmağa başlamışdır — İOS App Storeyə əlavə edildikdən 19 ay sonra dünya miqyasında 300 milyon endirilmə qazanmışdır. Outfit7-nin pulsuz endirilən proqramları dünyanın əksər ölkələrində endirilməyə başlayıb. Şirkət artıq "Danışan Tom və dostları" adlı animasiyalı seriyanı da yayımlayır. Şirkətin Londondan başqa Lyublyana, Kipr, Pekin şəhərlərində də ofisi var.
Outlaw in 'Em
Outlaw in 'Em (azərb. İçlərindəki cinayətkar‎) — Niderlandın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ueylon "Outlaw in 'Em" mahnısı ilə Niderlandın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Kantri-rok janrında ifa olunan mahnının musiqisi və sözləri məhz Ueylona aiddir.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Outline
Outline Çevrə, kontur – Obyektin yalnız qıraqlarını göstərən qrafik görüntü. Konspekt, xülasə, icmal – mətndəki bütün xırdalıqlara toxunmadan başlıca məqamların təqdim olunması üsulu. İnsanlar yüzillər boyu icmalı kağız üzərində qeyd etmişlər, ancaq kompüter bu prosesi iki yolla asanlaşdıra bilər. Birincisi, mətn prosessorunda öncə sənədin icmalını hazırlayıb, sonra geri qayıdıb bir-bir bölümləri doldurmaqla. İkincisi, proqram təminatları yalnız vacib məqamları göstərib, qalan yerləri gizlətmək imkanına malikdir. İstifadəçi bir bölümlə işləyərkən qalan bölümlərin detalları, yazılmış olsalar da, ekrandan uzaqlaşdırıla bilər. İcmal I.Heyvanların təsnifatı A.Məməlilər 1.İtlər və canavarlar a.Ev heyvanları b.Vəhşi heyvanlar 2.Pişiklər a.Ev pişikləri b.İri pişiklər 3.Primatlar B.Quşlar İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Outline nedir?
Outlook Express
Microsoft Outlook – elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir. Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir. Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur. Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir. Məktublarla əməliyyat.
Outreya
Jurinea (lat. Jurinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Outreya carduiformis
Jurinea carduiformis (lat. Jurinea carduiformis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Outstanding
Outstanding — The Gap Band qrupunun 1982-ci ildə çıxardığı sinql. Musiqi müəllifi Raymond Calhoun olan mahnı qrupun Gap Band IV albomuna daxildir.
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə