OXUMAQ

f.
1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq.
– Cənab Bax kağızı … diqqətlə oxudu, sətirlərə təkrartəkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi… Çəmənzəminli.

2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq.
[Yusif:] Mən on il bundan müqəddəm Şamdan bəy ilə bir yerdə oxumuşam. N.Nərimanov.
[Hacı] oxumamışdır, amma avam da deyil. Qantəmir.

// Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq.
– Cəlil hərçənd məktəbə gedib-gəlirdi, ancaq oxuduğu bir şey yox idi. İ.Musabəyov.
Qız böyüdükcə yaxşı oxuyur, ədəbiyyata xüsusi meyil göstərirdi. Ə.Əbülhəsən.

3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq.
– Rəqqasə ərəb qızları oynar və arasıra oxuyarlar. H.Cavid.
Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.

4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur.
– Artıq sübh açılan vaxtı maral sürüləri … dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Ə.Məmmədxanlı.

5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq.
– Oxuyuram yeni həyat sövdasilə çırpınan; Əksiliyə üsyan edən könülləri hər zaman. M.Müşfiq.
Bir az əvvəl sən öz … raportunu mənə oxuyarkən mən də sənin gözlərində başqa şeylər oxumuşdum. Ə.Məmmədxanlı.

◊ Meydan oxumaq – bax meydan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXUMAQ duymaq — anlamaq
  • OXUMAQ qiraətlənmək
  • OXUMAQ 1. OXUMAQ [Qəndab:] Çoxlu kitab oxuyub şirin-şirin danışdığımı, fərasətli poçtalyon olduğumu təriflədilər (B

Etimologiya

  • OXUMAQ Qədimdə ok sözü olub və “səsləmək”, “mahnı oxumaq” anlamlarında iş­lədilib. Atın oxranması da bununla bağlıdır
OXUMA
OXUMUŞ
OBASTAN VİKİ
Oxumaq
Oxumaq vokal sənəti. Mənşə nöqteyi-nəzərindən oxuma fenomeni neolit dövründə gülüş və ağlamağı hisslərin vahid vokal diapazonunda birləşdirərək emosional sistemin xüsusi səsli təzahürü kimi və yalnız “ox-kamandan əvvəlki dövrdə ” yaranmışdır. aşağıdakılar oxuma prosesinə davamlı olaraq daxil edildi: alətlər (arfa, fleyta, baraban) semantik-nitq konteksti. Oxumanın mənşəyi insanın öz əhval-ruhiyyəsini səslər ilə ifadə etmək istəyi ilə əlaqələndirilir. Tədricən inkişaf edən müğənnilik xüsusi sənətin mövzusuna çevrilir. Sözlər, oxumaq sayəsində daha çox rahatlıq əldə edir. Nəğmə ilə birləşən nitq xüsusilə güclü, həyəcanverici təsir yaradır. Bir sənət kimi oxumaq düzgün, təbii səs istehsalı və texniki vokal inkişafı tələb edir. Oxuma və ya ən azı melodik səslərin müasir insan nitqindən əvvəl yarandığı güman edilir. Buna görə də beyin musiqi müşayiəti olmayan mətn ilə müqayisədə mahnının sözlərini daha yaxşı mənimsəyir.

Digər lüğətlərdə