(Zaqatala)
ov. – Oğa-zada gidən olmazdı bizin dö:rümüzdə; – Gidəllərdi oğ oğlamağa
O:GƏR
OĞAL
OBASTAN VİKİ
Dədə Qorqud oğuznamələri (film, 2000)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dəymədağlı (Oğuz)
Dəymədağlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir. == Etimologiyası == Mənbələrdə kəndin adının Qarabağın elat tayfalarından biri olan Kolanı tayfasının Dəymədağlı qolunun bu ərazidə məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur. Tayfa oz adını Zəngəzurdakı Dəymədağlı kəndinin adından götürmüşdür. Kəndin yaşlı sakinləri əcdadlarının Qarabağ mənşəli olduqlarını, bu əraziyə Nadir şahın Qarabağın elat tayfalarına qarşı cəza tədbirlərindən qaçdıqları zaman gəldiklərini bildirirlər. Digər bir ehtimala görə kəndin keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur.
E-qızlar və e-oğlanlar
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar(ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan, video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb. E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır. Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elnur Əliyev Əli oğlu
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. == Həyatı == Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Eripin oğlu Drust
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. == Həyatı == "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. == Ədəbiyyat == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Eripin oğlu I Nexton Morbet
Eripin oğlu I Nexton Morbet — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Eripin oğlu I Nexton Morbet Piktlər sülaləsinin kralı I Drestin qardaşı idi. "Piktlərin xronikası"nda onun iyirmi dörd illik hakimiyyəti haqqında məlumat verilmişdir. I Nexton "Morbet", "Celchamoth" və "Magnus" (Böyük) epitetləri ilə də tanınırdı. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Fikrət Məmmədov (Fərrux oğlu)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Filey (Yevrisakın oğlu)
Filey — qədim yunan mifologiyasının personajı. Salamin padşahı. Yevrisakın oğlu, Eantın nəvəsi. Başqa mənbələrə görə o, Eantın oğludur və Miltiadın ulu babasıdır. Salamini afinalılara vermişdir. Onun Delfidəki heykəlini afinalılar ucaltmışdılar. Mərkəzi Vravronada məskunlaşan Filaidlər sülailəsinin eponimi, Markellin tam nəsil şəcərəsini vermişdir.
Fətəlixan İsgəndər oğlu Xoyskinin
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əski. فتحعلی خان خویسکی‎; 25 noyabr (7 dekabr) 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 25 noyabr (7 dekabr) 1875-ci ildə Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi.
Fəzail Fidail oğlu Abdullayev
Goranboy - oğuz eli (film, 1989)
Goranboy – oğuz eli (film, 1989)
Goranboy — oğuz eli (film, 1989)
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Gənç Oğluev binası
Gənç Oğluev binası — Rostov-na-Donu şəhəri ərazisində ilk çoxmərtəbəli gəlirli ev olmuşdur. Binanın tikintisinə 1880-ci ildə başlanılmışdır. 1883-cü ildə Aleksadr Nikanoroviç Pomeransev layihəsi əsasında, Stepan Feodoroviç Gənç Oğluevin vəsaiti ilə inşa edilmişdir. Bina yerləşən Bolşaya Sadovaya küçəsi küncündə və Semaşko xiyabanı ərazisində yerləşir. Eklektika stilində inşa edilmişdir. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Rostov taciri Stepan Feodoroviç Gənç Oğluev 1870-ci ildə özünə gəlirli bina tikmək qərarına gəlir. Bu məqsədlə o, memar Aleksadr Nikanoroviç Pomeransevi dəvət edir. Mənzilin tikintisinə 1880-ci ildə başlanılır. Binanın tikintisi 1883-cü ildə başa çatdırılmışdır.
Hacı Hacıyev Rafiq oğlu
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.
Hacıkəmaləddin oğlu Ələddin Paşa
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Hüseyn Fərhad oğlu Muradov
Hüseyn xan (Səlim xanın oğlu)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.