1. Uçmaq.
Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada.
Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan ( f.sif. ) quşlar görünürdü.
// Qanad çıxarmaq, qanadı çıxmaq, uçmağa başlamaq.
Laçın pərvazlanıb uçan vaxtıdır; Şikar ovlağına şux tərlan gəlir.
Bala quş həmişə anasının yanında qalmır. Bir az böyüyəndən sonra pərvazlanır, özünə yuva tikir, ana olur.
2. məc. Qanadlanmaq, qol-qanad açmaq, ruhlanmaq.
[Qəndab:] …Çox eşitmişdim ki, qızın üstünə ad qoyulan kimi o, qol-qanad açır, böyüyür, pərvazlanır.