PAP

n 1. sıyıq; xəşil, horra; 2. əyləncə ədəbiyyatı

PANTS
PAPA
OBASTAN VİKİ
Pap Yonqa
Pap Yonqa (1 iyul 1997) — Qambiyalı üzgüçü. Pap Yonqa Qambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pap Yonqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.48 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Echinops pappii
Echinops pappii (lat. Echinops pappii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Elena Paparizu
Helena Paparizou (yunanca: Ελενα Παπαριζου; 31 yanvar 1982, Buros) — məşhur yunan müğənnisidir. İsveçdə dünyaya gəlib və orada boya-başa çatıb. Antique qrupunun solisti olub. Helena məşhur yunan bəstəkarı — Toni Mavridislə ailə həyatı sürür. Helena ilk dəfə Yunanıstanı 2005 Avroviziya Mahnı Müsabiqəsində birinci edib. == Albomlar == 2004 Protereotita 2005 My Number One 2006 Iparhi Logos 2006 The Game of Love 2007 Iparhi Logos 2008 Vrisko To Logo Na Zo 2010 Giro Apo T' Oneiro 2011 Greatest Hits & More 2013 Ti Ora Tha Vgoume?
Elevferi (Roma papası)
Elevferi (q.yun. Ἐλευθέριος; bilinmir – 189 və ya 185) — 22 may 174-cü ildən 26 iyul 189-cu ilə qədər Roma yepiskopu. == Həyatı == "Pontifiklər kitabı"na görə, Elevferi Epir regionunda yerləşən Nikopol şəhərində, bir yunan ailəsində anadan olmuşdur. Onun müasiri olmuş Habundi bildirmişdir ki, o, Romada Papa Aniketin rəhbərliyi altında diakon təyin edilmişdi və Soterin dövründə də bu vəzifəni daşımışdır. Elevferi 174-cü ildə Roma yepiskopu olmuşdur. Elevferi pontifikatlığı dövründə kilsədə montanizm ilə bağlı mübahisə yaranmışdır. Bu hərəkat Kiçik Asiyada yaranmışdı və ardıcılları peyğəmbərlərinin vəcdli transları vasitəsilə yeni ruhani vəhylərin əldə oluna biləcəyinə inanırdılar.
Erigeron pappocromus
Erigeron pappocromus (lat. Erigeron pappocromus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euseius papayana
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Georgi Papanikolau
Georgi Papanikolau (yun. Γεώργιος Παπανικολάου, 13 may 1883 – 19 fevral 1962, Mayami, Florida) — yunan alimi, təbibi. == Həyatı == Georgi Papanikolaunun tibb sahəsində göstərdiyi aparıcı rolunu yüksək qiymətləndirərək UNESCO 2012-ci ildə tanınmış həkimin ölümünün 50-ci ildönümünü qeyd etməyə razılıq vermişdir. Papanikolau sitologiya həmçinin qadınlar arasında geniş yayılmış xərçəngin tez aşkar edilməsində əvəzsiz olan "Pap-test"i ixtira etmişdir. Məhz bu test nəticəsində qadınlarda uşaqlıq boynu xəstəliklərində xərçəngi ilkin mərhələsində aşkar edilir, bununla da dünyada milyonlarla qadın xilas edilir. Təhsilini Yunanıstanda alan Papanikolau sonradan elmi tədqiqatlarını Almaniya və ömrünün axırınadək Amerika Birləşmiş Ştatlarında davam etdirmişdir. Karyerasının ilk illərində "Dr. Pap" kimi çağrılan Georgi Papanikoaunun həyat amalını onun məşhur "Mən həyata xidmət etmək üçün yaşayıram" ifadəsi ehtiva edir. "Pap test" bü gün də bu sahədə qabaqlayıcı diaqnozun qoyulması üçün mübahisə olunmaz sınaq kimi qalmaqdadır. Statistika göstərir ki, "pap test"in aşkar edildiyi gündən bu vaxtadək keçən 60 il ərzində uşaqlıq boynu xəstəliyi qadınlar arasında ölümə səbəb olan xəstəlilklər siahısında 1 nömrəli səbəbdən 13-cüyə düşmüşdür.
Glochidion papenooense
Glochidion papenooense (lat. Glochidion papenooense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü.
Humboldtia papillosa
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, == Xarici keçidlər == Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
I Aleksandr (papa)
I Aleksandr — Romanın 6-cı Papasıdır. 105-115-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. == Papalıq dövrü == Evaristin yerinə təyin olunan I Aleksandrın 105-115-ci illər aralığında 10 il papalıq vəzifəsini davam etdirdiyi təxmin edilir. Lakin fəaliyyəti ilə bağlı bilinənlər, Yevsevinin verdiyi məlumatlara əsaslanır. Bəzi yazarların iddialarına görə, müqəddəs hesab edilmiş su və müqəddəs ayin şərabını suyla qarışdırma ənənəsini başlatmış, dini mərasimlərdə də bəzi islahatlar həyata keçirmişdir. İmperator Trayan ya da Adriannın dövründə başı kəsilərək öldürüldüyü təxmin edilir. Həbsxanada məhbus olduğu sırada gözətçi Müqəddəs Kvirin və onun qızı Müqəddəs Balbinanı da xristian etdiyi bəzi yazarlar tərəfindən iddia edilir.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
La casa de papel
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Laslo Papp
Laslo Papp (boksçu) — Macarıstanlı boksçu.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–0 1952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–0 1956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Melaleuca papillosa
Melaleuca papillosa (lat. Melaleuca papillosa) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Mikania papillosa
Mikania papillosa (lat. Mikania papillosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.

Digər lüğətlərdə