Parmiqiana
Parmiqiana (ita. parmigiana di melanzane və ya melanzane alla parmigiana) — qızardılmış incə badımcan, pendir və pomidor tomatının sobada bişirilməsi. Parmiqiana yeməyi klassik İtalyan yeməyidir. Başqa ölkələrdə, xüsusi ilə İtalyanların köçdüyü ölkələrdə Parmiqiananın çörəkli, dana və toyuq əti ilə bişirilən növləri vardır. "Parmiqiana" sözü də Trippa alla Parmiqiana sözü (Parma üslubü qarın) kimi Parma mətbəxinə aid digər yemək adlarını xarakterizə edən sifət kimi istifadə olunur.
Parmiqiana sözünün mənası (İtalyanın Emiliya-Romaqna bölgəsində olan şəhər) "Parmalı", "Parmadan gələn" mənasını versə də, bu yemək Parma mətbəxinə aid deyil. Badımcan İtalyanın cənub bölgəsinə aiddir. Siciliya bu tərəvəzin öz dövlətinə aid olduğunu iddia edir. Bəzi növlərində Parməsan və Pekerino Romano pendirlərindən istifadə edilmir. Çünki bu pendirlər çox çətin rəndələnir.