Parol və rəy

əlaqə qurduğu və iş apardığı zaman müxbirlərin əsl məxsusluğunu müəyyənləşdirən, imkan verən söz, yaxud say.
Paremioloji lüğət
Paronimlər
OBASTAN VİKİ
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. == Anket sualları == Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar. Əgər birinci qrupdan olan suallar vasitəsi ilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar.
İctimai rəy
İctimai rəy — insanların müxtəlif qruplarının onların maraq və tələbatlarına təsir edən real həyat hadisə və proseslərinə münasibətinin (gizli və ya aşkar) təzahür etdiyi kütləvi şüur forması. İctimai rəy açıq şəkildə ifadə olunur, cəmiyyətin və onun siyasi sisteminin fəaliyyətinə təsir göstərir. Məhz ictimai həyatın aktual problemləri ilə bağlı əhalinin açıq, ictimai ifadəsinin mümkünlüyü və bu ifadə edilmiş mövqeyin ictimai-siyasi münasibətlərin inkişafına təsiri xüsusi sosial institut kimi ictimai rəyin mahiyyətini əks etdirir. Eyni zamanda, ictimai rəy bir qrup insana təsir edən konkret məsələ ilə bağlı çoxsaylı fərdi fikirlərin məcmusudur. Hazırda bu nöqteyi-nəzər əksər elmi əsərlərdə öz əksini tapır və ümumi qəbul edilmiş hesab olunur. Bu fenomen qədim dövrlərdən başlayaraq bütün tarixi dövrlərdə mövcud olmuşdur, lakin bəşəriyyətin sosial həyatının bu unikal fenomenini ifadə edən terminin özü IX əsrdə Rusiyada, sonra isə XII əsrdə İngiltərədə meydana çıxdı. Orada onun baş verməsi ingilis dövlət və ictimai xadimi, yazıçı İohann Solsberinin adı ilə bağlıdır ki, o, “Polikratik” kitabında ölkə əhalisinin parlamentə mənəvi dəstəyini ifadə etmək üçün istifadə edib. Sonrakı “ictimai rəy” termini “Public opinion” iki sözünün birləşməsinin hərfi tərcüməsi idi. İngiltərədən bu ifadə digər ölkələrə və XVIII əsrin sonlarından nüfuz etdi və ümumi qəbul edildi.
Layihə:Vizual redaktor/Rəy
Rəy Əl Əhali (qəzet)
"Rəy Əl Əhali" (qəzet) — gündəlik, ictimai, siyasi qəzet. == Haqqında == Qəzetin ilk sayı 1959-cu il sentyabrın 6-sı ərəb dilində dərc edilib. Digər nömrələri isə həftəlik olaraq dörd səhifədə Kərkük Bələdiyyə mətbəəsində çap edilib. Bir müddət Kərkükdən kənarda Səlahəddin mətbəəsində çap edilib. Qəzetin təsisçisi Siddiq Bulukini, baş yazarı isə vəkil Mehmet Mərdan Qələmçi idi. İlk sayında dərc edilmiş “Əhdafuna”, yəni “Məqsədimiz” sərlövhəli məqalədə: ifadəsi ilə demokratiya anlayışını ortaya qoyurdu. Qəzetin kin, nifrət dolu məqalələri cəmiyyətdə toplumlar arasında bir-birinə pislik etməyə qədər gedib çıxan anlaşılmazlıq və uyğunsuzluq yaratmağa yönəlmişdi. Nəşrin təsisçisi tərəfindən reallaşdırılan bu ayrı-seçkilik yolunu təhlükəli hesab edən məsul redaktor Qələmçi vəzifəsindən ayrıldı, onun yerinə isə süleymaniyyəli vəkil Siddiq Abdullah Muxtar təyin edildi. Bu şəxs də qısa müddət sonra ağır və məsuliyyətli işi tərk etdikdən sonra onun əvəzinə təqaüddə olan kifrili bölgə üzrə dövlətin rəsmi səlahiyyətli rəhbəri, vəkil Nazim Vandavi bu vəzifəyə təyin edilib. Daha sonra qəzetin bu işini süleymaniyyəli vəkil Mahmud Tofiq aparıb, lakin qəzetin sahibi Siddiq Əli Bulukininin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə 1963-cü il fevralın 8-i “Rəy Əl Əhali”nin rəsmi şəkildə fəaliyyəti dayandırılıb.
Abbas və Gülgəz
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır: Azərbaycan məhəbbət dastanları.
Abra və Yutpa
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Akrotiri və Dekeliya
Akrotiri və Dekeliya, rəsmi adı ilə Akrotiri və Dekeliya Suveren Baza Əraziləri — Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisi. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə və Kipr rum və türk icmalarının nümayəndələri tərəfindən imzalanmış 1960-cı il müstəqillik müqaviləsinə əsasən ingilislər tərəfindən saxlanılıb. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir. == Tarixi == Suveren Baza Əraziləri Kipr Britaniya imperiyasından müstəqillik əldə etdikdən sonra 1960-cı ildə BMT-də 5476 saylı müqavilə kimi qeydə alınan London və Zürix razılaşmaları ilə yaradılmışdır. Birləşmiş Krallıq bu ərazilər üzərində suverenliyini saxlamaq istəyirdi, çünki bu, Birləşmiş Krallığın Kiprdəki hərbi bazalarından, o cümlədən RAF Akrotiridən və Britaniya Ordusunun qarnizonundan istifadəyə zəmanət verirdi. Bazaların ingilislər üçün əhəmiyyəti adanın Aralıq dənizinin şərq kənarında, Süveyş kanalına və Yaxın Şərqə yaxın strateji yerləşməsinə əsaslanır.1961-ci ilin iyul və avqust aylarında Dekeliya Suveren Baza Ərazisinə şirin su daşıyan boru kəmərinə qarşı bir sıra bombalı hücumlar oldu. Boru kəməri on iki dəfə partlayışla pozulmuşdu. 1970-ci illərin əvvəllərində ABŞ Rusiyanın cənubunda təyyarə əməliyyatlarını və raket sınaqlarını müşahidə edə bilən "Cobra Shoe" adlı üfüqdən kənar radar qurdu. Bu, USAF adından RAF tərəfindən idarə edildi. Bu, 1960-cı illərin əvvəllərində Sandra layihəsi adlı daha əvvəl qurulmuş ingilis sistemini genişləndirdi.
Albuminlər və qlobulinlər
Analiz və sintez
Analiz anlayışı - Analiz dedikdə hər hansı bir şəkildə verilmiş qurğunun giriş informasiyasının çıxış informasiyasına çevrilməsi və bu çevrilmə prosesinin xüsusiyyətlərinin aydınlaşdırılması başa düşülür. == Haqqında == Sonlu avtomatlarda və kombinasiyalı DQ-də analiz məsələsi qurğunun verilmiş sxemi üzərində həll olunur. Bunun üçün isə sxemin qurulma qaydasını və funksiyaların hesablanma üsulunu bilmək vacibdir. Deməli, əvvəl sxemi təşkil edən hər bir elementin funksiyası və bu elementlərin bir-biri ilə birləşməsinə görə qurğunun funksiyası təyin edilməlidir.Yaddaşsız və ya sonlu yaddaşa malik qurğuların sxemlərində reallaşdırıla biləcək funksiya üçün bütün informasiya olursa, belə DQ-r çox zaman sərt məntiqli qurğular adlanır. Sonsuz yaddaşa malik qurğularda isə qurğunun fəaliyyət funksiyası proqramda olur. Əvvəlki movzularda deyildiyi kimi bu qurğular proqramlaşdırıla bilən məntiqli qurğular adlanır. Odur ki, məntiqli proqramlaşdırıla bilən qurğularda analiz məsələsi funksiyanın təyinindən və proqrama görə onun xüsusiyyətinin müəyyənləşdirilməsindən ibarətdir. Sintez məsələsinin həlli yaddaşsız və sonlu avtomatlarda giriş informasiyasının çıxış informasiyasına çevrilməsinə görə sxemin qurulmasından irəli gəlir == Xüsusiyyətləri == Sonlu avtomatların sintezi bir neçə mərhələdə yerinə yetirilir: blok sintezi – funksional əlamətinə görə avtomat bloklara bölünür; mücərrəd sintez – hər blokun iş şəraiti formalaşdırılır; struktur sintez – verilmiş iş şəraitini reallaşdıran sxemin qurulması; etibarlığın sintezi; DAT qurğularında əlavə olaraq təhlükəsiz şəraitə görə sintez aparılır; texniki sintez mərhələsində elementlərin məxsusi xüsusiyyətinə və onların birləşməsinə, yüklənmə qabiliyyətinə, iqlim və mexaniki parametrlərinə baxılır. struktur izafilik yaratmaqla qurğunun sxeminin fəaliyyət etibarlığının təmin olunması Yuxarıda göstərilən mərhələlər şərtidir, təcrübədə müəyyən mərhələlər birləşdirilir və ya ixtisara salınır. Hazırda avtomatlaşdırılmış layihələndirmə sistemləri mövcud olduğundan, mürəkkəb avtomatlar üçün bu mərhələlər avtomatik yerinə yetirilir.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Apokaliptika və postapokaliptika
Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətin və texnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir. Babilistan və ibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyat və mifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.
Aran və Bidgül
Aran və Bidgül — İranın İsfahan ostanının şəhərlərindən və Aran və Bidgül şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,651 nəfər və 15,556 ailədən ibarət idi.
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Austin və Ally
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Balıq və çips
Balıq və çips (ing. Fish and Chips, Fish&Chips, Fish `n` Chips) — Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Kanada və Cənubi Afrikada populyar olan ayaqüstü yemək. Kartof qızartması ilə birgə verilən unda qızardılmış balıq filesindən ibarətdir. Bəzən qarğıdalı, göy noxud, lobya, soğan, incə doğranmış xiyar, bənövşəyi kələm, mayonez və ya tartar sousu kimi inqrediyentlərlə birgə verilir. Bir sıra diyetoloqlar bu yağlı yeməyin sağlamlığa ziyan olduğunu bildirirlər.
Beyker və Makenzi
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır. Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Biosidlər və biostatiklər
Biosidlər və Biostatiklər — yanacaqların iki üsulla biozədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Birinci üsula görə, mikrob hüceyrələrinin fermentləri karbohidrogenlərin hava oksigeni (aerob mexanizmi) və ya sulfatların sulfatreduksiyaedici bakteriyalarla reduksiyası zamanı ayrılan oksigenlə (anaerob mexanizmi) oksidləşməsinə katalitik təsir göstərir. Prosesə bakteriyaların bəzi həyat fəaliyyəti məhsullarının dispersləşdirici təsiri kömək edir. İkinci üsula görə, mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları yanacağı korlayır, onun nasosla vurulma qabiliyyətini pisləşdirir və korroziya aqressivliyini artırır. Biosidlər yanacaqda meydana çıxan mikroorqanizmləri məhv edir, biostatiklər onların inkişafını ləngidir. Biosid və biostatiklər yanacaqlarda nadir halda istifadə olunur. Belə ki, mikroorqanizmlərin intensiv inkişafı üçün isti və nəm iqlim tələb olunur. == Təsir prinsipi == Biosidlər və Biostatiklər üç müxtrəlif mexanizm üzrə təsir göstərir. Etilendiamintetrasirkə turşusu və ya qlutaraldehid növ aşqarlar hüceyrənin xarici struktur funksiyalarını inhibirləşdirir, digərləri (spirtlər, sellozolvlar, səthi-aktiv maddələr) bakteriya hüceyrələrinin divarlarını dağıdır. Üçüncülər (aldehidlər, alkilləşdirici agentlər) sitoplazmatik strukturu – amin turşuları, zülallar və s.
Buyin və Miyandəşt
Buyin və Miyandəşt — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,933 nəfər və 2,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin gürcücə adı Torelidir.
Buğdayıq və Qumayıq