PAYMAL

is. [ fars. ] : paymal etmək (eləmək) – ayaq altına salmaq, zəlil etmək, təhqir etmək.
Neyləmişdi sənə Vaqif, a zalım; Onu qəm əlində payimal etdin. M.P.Vaqif.

Paymal olmaq – ayaq altına düşmək, heç olmaq, zay olmaq, məhv olmaq, xar və zəlil olmaq.
[Oğlan:] Evim yıxıldı, cavan ömrüm paymal oldu… E.Sultanov.
[Süleyman bəy:] Cavan ömrüm paymal oldu, ax, ox! Ə.Haqverdiyev.

Etimologiya

  • PAYMAL Farsca pay (ayaq) və ərəbcə mal (hərfi mənası “ayaq malı”) hissələrindən ibarətdir. “Tapdanmış” deməkdir
PAYLI-LÜŞLÜ
PAYTAXT

Digər lüğətlərdə