pêle-mêle

m qatma-qarışıqlıq

peinture
pèlerinage
OBASTAN VİKİ
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Santyaqo Mele
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. Lui-Ogüst Silbaris "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.