POVİ́DLO

[ rus. ] Şəkər və ya patkada bişirilmiş əzilmiş meyvə maddəsi; riçal.
POVESTÇİ
POZA
OBASTAN VİKİ
Povidlo
Povidlo (çex. povidl, pol. powidła, ukr. повидло) — Meyvələrin və ya giləmeyvələrin şəkər tozunda bişirilməsindən hazırlanır. Bəzən zövqə görə darçın və ya mixək qatılır. Povidlo özündə turşa-şirin tamı əks etdirməklə, qatı şəkildə olur. İçərisində hissəciklər əzilmiş formada olurlar. Povidlo ceminin turşuluğu az olduğu zaman limon və ya başqa qarışıqlar əlavə edilir. Hazır povidlolar özündə 34%-dən çox olmayan nəmlik və 60%-dən çox olmayan şəkər saxlayırlar. 100 qr-ında kalorilik 250–260 kkal-dır.
Albalı povidlosu
Albalı povidlosu - albalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Albalı povidlosundan ən çox qış fəslində səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Вишневое повидло. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Alma povidlosu
Alma povidlosu — alma püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Alma povidlosundan əsasən qış mövsümündə, səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Повидло из яблок простой рецепт == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı povidlosu
Gavalı povidlosu - gavalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Gavalı povidlosu insan orqanizmi üçün çox xeyirlidir, çünki gavalının tərkibində çoxlu pektin maddəsi tapılmışdır ki, insanda baş verən ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir, orqanizmi zəhərli maddələrdən, ağır metallardan, radionuklidlərdən təmizləyir. Bundan başqa gavalının tərkibində insan sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edən kalium, kalsium, fosfor, maqnezium, manqan və s. makro və mikroelementlər, B qrupu vitaminləri, askorbin turşusu, karotinoid və s. vardır. == Həmçinin bax == Povidlo == Xarici keçid == Gavalı povidlosu Рецепт: Повидло из сливы - все рецепты России - allrecipes.ru Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gilas povidlosu
Heyva povidlosu
Heyva povidlosu - heyva püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Moruq povidlosu
Zoğal povidlosu
Çiyələk povidlosu
Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur. Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
İtburnu povidlosu
İtburnu povidlosu — itburnu püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. İtburnu povidlosu insan orqanizmi üçün xüsusilə faydalıdır. İtburnu meyvəsinin bioloji aktivliyi onun tərkibində olan C vitamini ilə əlaqədardır. C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır. Mübadiləni yaxşılaşdırdığına, yara və xoraların sağalmasını sürətləndirdiyinə görə itburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırmalar, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərdə istifadə oluna bilər. Sidikqovucu təsiti onu yüksək qan təzyiqinin və böyrək xəstəliklərinin müalicəsində faydalı edir. İtburnu meyvəsi C vitamini ilə yanaşı dəmirlə də zəngin olduğundan qanazlığının qarşısını alır. Povidlo İtburnunun faydaları Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Şaftalı povidlosu
Ərik povidlosu
Ərik povidlosu — ərik püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Səhər yeməyi zamanı yağ, pendir və qaymaqla birlikdə süfrəyə verilir. Tərkibi ərik, limon turşusu, şəkər tozundan ibarətdir. Povidlo Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.

Digər lüğətlərdə