PUBLISH
PUBLISHING
OBASTAN VİKİ
Microsoft Publisher
Microsoft Publisher — hazır sənəd görünüşlərindən istifadə olunan proqram. Proqram vasitəsilə təqvim cədvəli, vizit kartı, işçi stolu üçün fon hazırlamaq olar. Proqram 10 menyu səthindən və 4 əsas paneldən ibarətdir.
Macmillan Publishers
Macmillan Publishers Ltd, və ya The Macmillan Group, — özəl beynəlxalq kitab nəşriyyatı, dünyanın ən qədim nəşriyyatlarından biridir. 1999-cu ildən Georg von Holtzbrinck Publishing Group-a məxsusdur. == Tarixi == Nəşriyyat 1843-cü ildə iki şotland qardaş Daniel və Aleksandr Makmillan tərəfindən yaradılmışdır. Macmillan Publishers erkən tarixində Çarlz Kinqsli (1855), Tomas Hyus (1859), Frensis Palqrav (1861), Kristina Rossetti (1862), Metyu Arnold (1865), Lyuis Kerroll (1865), Alfred Tennison (1884) Tomas Hardi (1886) və Rudyard Kiplinq (1890) kimi müəlliflərin əsərlərini nəşr etdi. Sonrakı illərdə naşir ənənəni davam etdirərək, Uilyam Yeyts, Rabindranat Taqor, Şon O'Keys, Con Meynard Keyns, Çarlz Lenqbridge Morqan, Hyu Uolpol, Marqaret Mitçel, Çarlz Persi Snou, Rumer Qodden və Ram Şaran kimi müəlliflərin əsərlərini nəşr etdirib. 1869-cu ildə Macmillan "Nature" jurnalını nəşr etməyə başladı və 1877-ci ildə Grove Dictionary of Music and Musicians nəşr etdi. 1964–1986-cı illərdə nəşriyyatın direktoru Böyük Britaniyanın keçmiş Baş naziri Harold Makmillan olmuşdur. Onun ölümündən sonra şirkət nəvəsi Aleksandr Makmillan tərəfindən təhvil verildi.