QÜVVƏTSİZ

sif.
1. Gücü, qüvvəsi olmayan; gücsüz, qüvvəsiz, üzgün. Qüvvətsiz adam. Qüvvətsiz qollar.
// Bacarıqsız, aciz. Sən çox qüvvətsiz adamsan.
2. Təsirsiz. Qüvvətsiz dərman.
// Tərkibində qidalı maddələri çox az olan, yaxud olmayan; qidasız. Qüvvətsiz yem. Qüvvətsiz çörək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜVVƏTSİZ bacarıqsız — aciz
  • QÜVVƏTSİZ gücsüz — üzgün
  • QÜVVƏTSİZ təsirsiz

Antonimlər (əks mənalı sözlər)

  • QÜVVƏTSİZ QÜVVƏTSİZ – GÜCLÜ Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı (S.S.Axundov); Sanki güclü şimşək çaxdı, buludlar parçalandı, asiman guruldadı
QÜVVƏTÖLÇƏN
QÜVVƏTSİZLİK

Digər lüğətlərdə