QIRIŞMAQ

f.
1. Qırışlar əmələ gəlmək, qırış-qırış olmaq, büzüşmək, büzük-büzük olmaq, yığışmaq, qırış halına düşmək. Üzü qırışmaq.
– Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü. Ə.Vəliyev.

2. Yığılmaq, qırışıb gödəlmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIRIŞMAQ yığılmaq — gödəlmək
  • QIRIŞMAQ büzüşmək — yığışmaq

Antonimlər (əks mənalı sözlər)

  • QIRIŞMAQ QIRIŞMAQ – AÇILMAQ Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü (Ə.Vəliyev); Çəmənlikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı
QIRIŞMA
QIRIŞMAL

Digər lüğətlərdə