QIRPMAQ

f.
1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi).
Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov.

□ Göz qırpınca – bir anda, göz yumub açınca.
Göz qırpmamaq – qorxmamaq, çəkinməmək.
Ən qanlı savaşlarda qorxu bilməyən, ən müdhiş həqiqətlərlə üz-üzə gəldikdə gözünü belə qırpmayan Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə.

Gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq – gözlərini yummadan baxmaq.
Cəlil başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə … baxdı. M.Hüseyn.

// Gözlərini zilləyib baxmaq, gözünü çəkməmək.
Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı.

2. Bir şeyin qıraqlarını, uclarını və s.-ni kəsib atmaq, kəsmək, vurmaq, balaca-balaca qoparmaq. Lampanın fitilini bir az qırpmaq lazımdır.
3. Dişləri, ya dimdiyi ilə dartıb qopartmaq. Qazlar otu qırpırdılar.

Etimologiya

  • QIRPMAQ1 Qırmaq sözünün sinonimidir. Hər ikisi qırmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Kərt və kəs sözləri qohum olduğu kimi, qırp və qı
QIRPMA
QIRT

Digər lüğətlərdə