QIRXMAQ

f.
1. Üzündəki, başındakı və ya bədəninin başqa yerlərindəki tükləri ülgüc və ya qayçı ilə dibindən kəsmək. Üzünü qırxmaq. Dəllək başımı qırxdı.
– …Usta bir müştərinin başını qırxıb qurtarıb qanatdığı yerlərə pambıq düzürdü. C.Məmmədquluzadə.
Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı. M.S.Ordubadi.

2. Qoyunun yununu qayçı ilə dibindən kəsmək, qayçılamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIRXMAQ kəsmək — sıyırmaq — qayçılamaq

Etimologiya

  • QIRXMAQ Kökü qırmaq feilidir. Mənbələrdə “saqqal qır” (saqqalı qırx) cümləsi var. –x şəkilçisi (əsli: -ıx) qalx feilində də var
QIRXMA
QIRXYARPAQ

Digər lüğətlərdə