QAŞIMAQ

f.
1. Bədənin gicişən yerini dırnaq və ya sərt bir şey ilə sürtmək, cırmaqlamaq, dırnaqlamaq. Başını qaşımaq. Dalını qaşımaq.
– Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab vermədən qabaq ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Ə.Haqverdiyev.

2. Qazımaq, qazıyıb təmizləmək, sıyırmaq. Taxtanın üstünü qaşımaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAŞIMAQ cırmaqlamaq — dırnaqlamaq
  • QAŞIMAQ qazımaq — sıyırmaq
QAŞIMA
QAŞINDIRMA

Digər lüğətlərdə