QABİLİYYƏT

is. [ ər. ]
1. İstedad, fitri zəka; bir şeyi tez qavrama, tez mənimsəmə bacarığı. Musiqiyə qabiliyyət. Onun riyaziyyat elmlərinə qabiliyyəti böyükdür. Bu tələbənin dillərə qabiliyyəti yoxdur.
– İnsanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə.

2. Bir şeyi etmək imkanı, bacarığı. Yerimək qabiliyyətini itirmək. Əhalinin alıcılıq qabiliyyəti qat-qat artmışdır. Orqanizm müxtəlif xarici təsirlərə müqavimət göstərmək qabiliyyətinə malikdir.
3. Ləyaqət, mərifət, kamal.
Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi qız olmaz. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABİLİYYƏT qabiliyyət bax 1. istedad; 2. ləyaqət 1; 3. bacarıq
  • QABİLİYYƏT istedad — zəka
  • QABİLİYYƏT ləyaqət — mərifət — kamal
QABİL
QABİLİYYƏTLİ

Digər lüğətlərdə