QALMIŞ

Sınıq düşmüş, aciz, düşkün. (“Kitabi-Dədə Qorqud” leksikası)

QALQMAQ
QAMA
OBASTAN VİKİ
Sağ qalmış (film, 2015)
Sağ qalmış (ing. The Revenant) — Alexandro Qonzales İnyarritunun rejissoru olduğu, 2016-cı ildə ekranlara çıxan həyəcanlı sağ qalma filmi. Ssenari Maykl Punkenin 2002-ci ildə nəşr olunan eyni adlı romanından uyğunlaşdırılaraq rejissor və ssenarist Mark L. Smit tərəfindən yazılıb. Film sərhəd sakini Hyu Qlassın həyatından götürülmüşdür. Filmdə bir çox ulduz oyunçular yer alır. Filmin hazırlanması 2001-ci il avqustda Akiva Qoldsmanın filmin istehsalı məqsədilə Punkenin əl yazması mətnini etməsi ilə başlayır. Əslində filmə Park Chan-wook tərəfindən rejissorluq edilməsi və Samuel L. Cakson-un baş rolu oynaması düşünülmüşdü, amma sonra Con Hillcoat və Kristian Balet ilə görüşlər keçirildi, lakin iki operator da layihəni buraxdı və İnyarritunun rejissor olacağı açıqlandı.2014-cü ildə çəkilişə lazımlı bir neçə gecikmədən sonra rejissor işlərə başlanılmasını və Leonardo DiKaprionun baş rolda oynamasını təsdiq etdi. Əsas çəkilişlər 2014-cü ilin oktyabrında başladı və 2015-ci ilin avqustunda başa çatdı. 1823-cü ildə xəz ovçusu Hyu Qlass kürk axtarışında olarkən ayılar tərəfindən vəhşicəsinə hücuma məruz qalır və yaralanır. Yoldaşlarından Con Fitskerald Qlass gənc yarı Qırmızıdərili oğlunu öldürərkən özünü də soyur və öldürülür, amma Qlass həyatda qalır və 200 milə qədər gedib özünə xəyanət edəni tapmaq və oğlunun intiqamını almaq üçün axtarışa gedir.
Ölümünə bir saat qalmış
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Arxada qalmış gələcək (film, 2004)
Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər. == Məzmun == 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir. Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır.
Xəlvətdə qalmış müdrik (film, 2014)
Xəlvətdə qalmış müdrik — UNESCO-nun 2013-cü ili Azərbaycanın dahi şəxsiyyəti Seyid Yəhya Bakuvi ili elan etməsilə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çəkilmiş sənədli film. Film XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından bəhs edir. Filmi rejissoru azərbaycanlı rejissor Adil Azaydır. Seyid Yəhyanın həyatı və onun yaratdığı xəlvətilik sufi təriqəti haqqında çəkilən sənədli filmin premyerası 2014-cü ilin oktyabr ayında baş tutmuşdur.
Yarıda qalmış həyat (film, 1999)
Yarıda qalmış həyat (ing. Girl, Interrupted) — rejissor Ceyms Menqoldun 1999-cu ildə çəkilmiş filmi. Film Süzanna Keysin eyniadlı romanın motivləri əsasında ekranizasiya olunmuşdu. Süzanna Keysen 18 yaşlı qız, uğursuz intihar cəhdindən sonra psixiatrik klinikaya düşür. Orada o digər pasientlərlə tanış olur, o cümlədən Lisa adlı aqressiv-sosiopat qız ilə. Lisa bir neçə dəfə qaçış düzənləmişdi və sonuncu qaçışda onu tuturlar və klinikaya geri qaytarırlar. Özünün keçmiş rəfiqəsinin otağında o Süzannanı görür və rəfiqəsi özünü intihar etdiyini öyrənir. Bir neçə vaxtdan sonra Lisa Süzanna ilə dostlaşır. O Süzannada özünün keçmiş rəfiqəsini görür, onun ölümündə günahkar olduğunu düşünür və buna görə də Süzanna ilə birgə klinikadan qaçır. Onlar yaxınlarda xəstəxanadan yazılan Deyzinin evində gizlənirlər.
Yarımçıq qalmış mahnı (film, 1979)
Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır, lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir. Filmdə Müslüm Maqomayevin "Vesenniy kray", "Prisnivshayasya pesenka", "Yesli v mire yest lyubov", "Mı dlya pesni rojdenı", "Moya lyubov" mahnıları səslənir. Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir. Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır. Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operatorlar: Valeri Kərimov, Vladimir Dmitriyevski Bəstəkar: Müslüm Maqomayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev Səs operatoru: Kamal Seyidov Rejissor: Rafiq Dadaşov Geyim üzrə rəssam: Mahmud Aslanov Qrim edən: L. Kuznetsova Montajçılar: Tamara Nərimanbəyova, Nelli Mahmudova Operatorlar: Rəşid Nağıyev, Vaqif Muradov Rejissor assistentləri: Yusif Əlizadə (Yusif Əliyev kimi), Yusif Şeyxov Operator assistentləri: R. Səfərəliyev, R. Umudov Rəssam assistenti: E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Nadejda İsmayılova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Çalır: Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri Dirijor : A. Mixaylov Mahnı ifa edənlər: Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti Musiqilərindən istifadə edilən bəstəkarlar: Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare Filmin direktoru: Aydın Dadaşov, Semyon Qaragedov Müslüm Maqomayev — artist Fərhad Yusifov — Mikayıl Svetlana Toma — Məryəm Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Xədicə Vladimir Tatosov — Tağıyev Rəfael Dadaşov-Adil Elçin Məmmədov — Seymur Yaşar Nuri (Yaşar Nuriyev kimi) — musiqiçi İdris Zeynalov — musiqiçi Mayak Kərimov — musiqiçi Aleksandr Nisanov — musiqiçi Anatoli Falkoviç — Nikolay Məlik Dadaşov — Filarmoniyanın direktoru Aleksandr Şarovski — ofisiant Muxtar Maniyev — Xədicənin qardaşı Hacımurad Yegizarov (Murad Yegizarov kimi) — kapitan Rafiq Əliyev (II) — kontor müdiri Yuri Mnatsakanov (Y. Mnatsakanov kimi) A. Kərimov Aleksandr Kşinovloqer Cahangir Aslanoğlu — küçədəki adam (titrlərdə yoxdur) Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur) Filmi səsləndirənlər: Rasim Balayev - Mikayıl (Fərhad Yusifov) )(titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ölümünə bir saat qalmış (film, 1916)
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.