QANADLANMAQ

f.
1. Qanad çıxarmaq, qanadı çıxmaq, pərvazlanmaq. Çəyirtkə qanadlanınca qabağını almaq çətin olur.
2. Uçmaq, qanad açmaq, qanad çalıb uçmaq. Göyərçin qanadlanıb uçdu.
– Qırğı, oturduğu kötüyün üstündən boynunu burub qıyıldadı və dərhal qanadlanaraq Cəfər əminin çiyninə qondu. H.Nəzərli.

// Uçmaq, havalanmaq.
Təyyarə dairələr cızaraq yüksəklərə qanadlandı. Ə.Məmmədxanlı.

3. Yellənmək.
…Qanadlanan kəlağayı qara saçlarla birlikdə yellənir; Bəyimi göylərdə uçan bir mələkə bənzədirdi. Çəmənzəminli.

4. məc. Son dərəcə sevinmək, ruhlanmaq, həvəslənmək, ürəklənmək.
Qanadlan hüsnü eşq ilə; Məkanın asimanlardır. S.Vurğun.
Yenə könlümdə qanadlandı sevinc. M.Müşfiq.

5. məc. Yüksəlmək, inkişaf etmək.
C. Cabbarlının dramatik istedadı … bütün vüsəti ilə inkişaf edib qanadlandı. M.İbrahimov.

6. məc. Üzərinə cummaq, şığımaq.
Tahir atını tərpədib ilxının yanından keçirkən, bir ağ ayğır ilxıdan çıxıb quzğun kimi göy xallı atın üstünə qanadlandı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QANADLANMAQ uçmaq — pərvazlanmaq
  • QANADLANMAQ yellənmək
  • QANADLANMAQ sevinmək — ruhlanmaq — həvəslənmək — ürəklənmək
  • QANADLANMAQ qanadlanmaq bax uçmaq I
QANADLANMA
QANADLANMIŞ

Digər lüğətlərdə