QANSORAN

is.sif. Özgələrin hesabına yaşayan; istismarçı; zalım, qaniçən.
Mənim azadlığım qansoranların; Cındır maskasını yırtmaq üçündür! X.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QANSORAN zalım — qaniçən
QANSIZLIQ
QANTAR
OBASTAN VİKİ
Qansoran hünülər
Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi. Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir.
Qansoranlar
Qansoranlar lat. Hippoboscidae-Yetkin mərhələdə möhkəm bədən örtüyünə malikdirlər. Yetkin mərhələdə möhkəm bədən örtüyünə malikdirlər. Baş kiçikdir, xortum sancıcı-sorucu tipdədir və sakit halda önə doğru uzanmışdır. Parazitliklə əlaqədar olaraq bədən formasında nəzərəçarpacaq dərəcədə dəyişiklik baş vermişdir. Yastı və enli bədəni və onun üzərinə sıx oturmuş qanadlar heyvanların tük örtüyündə, quşların lələklərində sərbəst hərəkət etməyə yaxşı uyğunlaşmışdır. Ayaqları möhkəmdir və uzun diş-diş caynaqlarla təchiz olunmuşdur. Qansoranlar yaxşı uça bilmirlər və bəzi növlərinin də qanadları olmur. Qansoranlar məməlilərin və quşların parazitləridirlər. Yumurtanın inkişafıı dişinin bədənində gedir və puplaşmağa hazır olan bir sürfə doğulur ki, o da tezliklə puplaşır.

Digər lüğətlərdə