1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır.
– Qapılar örtülüb qapanmışdır.
2. Örtülmək (açıq şey haqqında).
Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır.
3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.
4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).
6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı.
7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq.
Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var.
Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı.
8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq.
Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq.
Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar.
Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü.
// Sıxınmaq.
[Durna] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı.
9. Yıxılmaq.
Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü.
10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.