QARADAĞ

əzəmətli, böyük, yüksək dağ; əzəmətli dağ kimi oğlan.
QARACA
QARAXAN
OBASTAN VİKİ
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (qəsəbə) — Azərbaycan Respublikasının Bakı şəhərinin tabeliyində olan Qaradağ rayonunda qəsəbə. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (Ağsu)
Qaradağ — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Qaradağ (Bukan)
Qaradağ (fars. قره داغ‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi bəxşdə, El Teymur dehistanına aiddir. 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (22 ailə).
Qaradağ (Gədəbəy)
Qaradağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaradağ kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsini 1927-ci ildə rayonun Aşağı Qumlu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Qaradağ dağının adı ilə adlanmışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 954 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaradağ (Soyuqbulaq)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Kənd Məhabad (Soyuqbulaq) şəhristanının Mərkəzi bəxşindəki Mükriyan-i şərqi dehistanındadır. 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (163 ailə).
Qaradağ (dağ)
Qaradağ – Şahbuz rayonu ərazisində dağ (hünd. 1756,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Külüs kəndindən 800 m cənubdadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacı sıldırımlı yüksəklikdir. Yamaclarında lay dəstəsinin alt hissəsinə aid çöküntülər açılır. Düzəlmə səthi fraqmentidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Külüs sinklinalının nüvə hissəsində yerləşir. Cənub-qərb yamacından qırışığın qanadını mürəkkəbləşdirən şimal-qərb istiqamətli fay qırılması keçir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (İcrud)
Qaradağ (fars. قره داغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Mərkəzi bəxşdə, Gülabar kəndistanında yerləşir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (32 ailə).
Qaradağ Buduq
Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qaradağ bələdiyyəsi
Qaradağ bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaradağ bələdiyyəsi (Gədəbəy) — Gədəbəy rayonunda bələdiyyə.
Qaradağ dili
Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili(Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir. Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Qaradağ mahalı
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Qaradağ qəsəbəsi
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ rayonu
Qaradağ — Bakının rayonlarından biri. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Qaradağ silsiləsi
Qaradağ silsiləsi — Güney Azərbaycan ərazisində dağ silsiləsi. Qaradağ silsiləsi Ağrı dağı və Talış dağları arasında yerləşərək həmin dağ silsilələrini birləşdirir. Lakin Araz çayı Qaradağ silsiləsini Kiçik Qafqaz dağlarından ayırır. Qaradağ silsiləsinin çox hissəsi meşə zolaqları ilə örtülüdür. Dəniz səviyyəsindən 3600 m hündürlüyə malik olan Qaradağ silsiləsinin uzunluğu 220 km, eni isə 30–65 km-dir. Qaradağ silsiləsi qədim əlvan metal mədənlərinə də malikdir.
Qaradağ vilayəti
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qaradağ xalçası
Qaradağ xalçası (fars. قراجه‌داغ; fars. قره‌داغ), Azərbaycanın iran tarixi və mədəni bölgəsində yerləşən Arasbaran (Qaradağ) vilayətində hazırlanan əl işi xalçalarının bir növüdür. Əsasən Azərbaycanın cənub sərhəddində, Təbrizin şimal-şərqində, Araz çayının cənub qismində İranın Qaradağ vilayətində yerləşən Qaraca kəndində hazırlanır. Əvvəlcə mərkəzi Arasbaranda yaradılan bu cür xalçaların istehsalı, daha sonralar Balan kəndində yayılmış və burada xalça ornamentinin öz xüsusiyyətləri mövcud idi. Qaradağ xalçaları Qarabağ xalçalarına bənzəyir, lakin xarici görünüşlərində daha çox "fars" xalçaları hesab olunur. Həmçinin bu xalçalar Şimali Qafqazda toxunan xalçalara da bənzədilir. Bu xalçaların ənənəvi naxışı üç fiqurdan ibarətdir ki, bura mərkəzdə qalaya bənzər bir kontur, yuxarıda və aşağıda isə səkkizguşəli ulduzlar daxildir. Qaradağ xalçaları həmişə simmetrik toxuculuq üsulu ilə yalnız yundan toxunur.
Qaradağ xanlığı
Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi. Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu. Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu.
Qaradağ yatağı
Qaradağ əyaləti
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qobustan (Qaradağ)
Qobustan — Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. Qobustan qəsəbəsində 195 saylı orta məktəb fəaliyyət göstəririr. Məktəb Milli qəhrəman Yusif Əliyevin adını daşıyır. Məktəbdə Yusif Əliyevin büstü qoyulmuşdur. Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət evi var.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Heydər Əliyev Muzeyi (Qaradağ)
Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur. Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir. == Ümumi məlumat == Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir. Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var.
Həsənəli xan Qaradaği
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəli xan Qaradağlı

Həsənəliağa xan Qaradağski

Həsənəliağa xan Qaradağski (ata)
Həsənəliağa xan Qaradağski - 1820 (Əhər) - 1847 (Şuşa) — Toxmaqlı oymağının tanınmış simalarından biri. Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının oğlu, Məhəmmədhüseyn ağa, Hacı Sara xanım Qaradağlının qardaşı. Həsənəli xan Qaradağinin atası. == Həyatı == Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Çar ordusunda xidmət edib poruçik rütbəsində. Həyat yoldaşı: Xatın xanım. Oğlu Həsənəliağa xan Qaradağskinin dünyaya gəlməsini görməyib. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar.
Kazım xan Qaradağlı
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır. == Həyatı == Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı.
Mustafaqulu xan Qaradağlı
Mustafaqulu xan (?-1791) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1763-1782, 1786-1791). Kazım xan Qaradağlının oğlu, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Sadatqulu xanın atasıdır. Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. 1763-cü ildə, atasından sonra Qaradağda taxta çıxmışdı. Xanlığa yiyələnəndən sonra paytaxtı Dizmar mahalının Kürdəşt kəndinə köçürdü. Kürdəşt kəndində ərzaq və sursatla tam təmin olunmuş qala vardı. Mustafaqulu xan Xoy qalasının zindanında yatıb. 1786-cı ildə Əhməd xan Dünbilinin öldürülməsi ilə bağlı azad olunmuşdu.
Məhəmmədhüseynağa xan Qaradağski
Məhəmmədhüseynağa xan Qaradağski — sonuncu Qaradağ xanı Məhəmmədqulu xanın oğlu. Məhəmmədhüseynağa xan Qaradağski 1827-ci ildə Əhər şəhərində anadan olub. Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Şuşa şəhər qəza idarəsində çalışıb. Sonralar Tiflis şəhərinə dəyişilib. Tiflisdə kollec qeydiyyatçısı, kollec katibi və kollec asessoru mülki çinləri alıb. Tiflis şəhərində yaşayarkən dövrünün qabaqcıl ziyalıları ilə dostluq edib. Dostlarından biri də Mirzə Fətəli Axundov olub. Zəngəzur qəzasındakı Sarılı kəndinin, Yelizavetpol (Gəncə) quberniyasının Düyərli kəndində 1000 desyatin torpaq sahəsinin sahibi olub.
Məhəmmədkazım xan Qaradağlı
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır. Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı.
Məhəmmədqulu xan Qaradağlı
Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası. Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Qaradağ Axtarması palçıq vulkanı
Qaradağ Axtarması palçıq vulkanı eninə Qaradağ qırışığının şərq hissəsində yerləşib, hündürlüyü Torpaqlı Axtarması palçıq vulkanına nisbətən aşaüıdır. 100–150 m ölçüləri olan krater hüdudlarında 35-ə yaxın müxtəlif ölçülü qrifon olmuşdur. Bu qrifonların hamısı qaç, palçıq və su ayırır. Vulkan örtüyünün sahəsi 300 ha, qalınlıüı 110 m, ümumi həcmi 330 mln. m³ olmuşdur. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Qaradağ Balladası (1964)
Film Qaradağ daş karxanaları haqqında bəhs edir.

Digər lüğətlərdə