QATILMIŞ f.sif. Əlavə edilmiş, daxil edilmiş, qarışdırılmış. Su qatılmış süd. Şəkər qatılmış xəmir. – [Ömər koxa] buğlanan çaya, bal qatılmış qaymağa, motal pendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə gözucu nəzər saldı. İ.Şıxlı.