QAYNAMAQ

f.
1. Bərk qızdırılmaq, ya qızmaq nəticəsində buxarlanaraq pıqqıldamaq, paqqıldamaq, qələyan etmək, köpüklənmək (mayelər haqqında). Su qaynayır. Müxtəlif mayelər müxtəlif temperaturda qaynayır.
// İçində maye, xörək qaynayan qab haqqında. Qazan qaynayır. Çaydan qaynayır.
– Samovar elə şiddətlə qaynayır ki, guya bu saat hərəkət edəcək. C.Məmmədquluzadə.

2. Şişib qabarmaq, turşuyub qabarmaq, qıcqırmaq. Üzüm şirəsi qaynamağa başladı.
3. məc. Yerdən şiddətlə çıxıb qabarmaq, fışqırmaq, köpüklənmək, axmaq. Çeşmə yerdən qaynayıb axır.
– Buradan mən görürəm çeşmələri qaynamada. A.Səhhət.
Ey oğlum, özün də bu qabaq tərəfdə, qaynayan bulaqdan sərin su içərsən. S.Rəhimov.

4. məc. İntizamsız bir surətdə hərəkət edən saysız-hesabsız adam və ya heyvan, həşərat və s. kütləsi haqqında. Küçələr adamla qaynayır.
– Yenə mən keçirəm küçələrindən; Yenə qaynayırsan, qocaman şəhər. S.Vurğun.

5. məc. Bir şeyin çox güclü, şiddətli, coşqun təzahürünü ifadə edir.
Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən.
Qoca əxinin sinəsi isə sanki tükənməz bir bulaqdı, o daima qaynayır… Ə.Məmmədxanlı.

6. məc. Daim hərəkətdə olmaq, bir an rahat olmamaq. Bu adamın bir dəqiqə rahatlığı yoxdur, daim qaynayır.
// məc. Dalğalanmaq, coşmaq, köpüklənmək, qabarmaq. Dəniz qaynayır.
◊ Qaynayıb-qarışmaq (qovuşmaq) – isinişmək, üns tutmaq, yaxınlaşmaq, dostlaşmaq. O, adamla qaynayıb-qarışan deyil.
– Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam. M.S.Ordubadi.
[Qəhrəman] nə qədər qayğı çəksə, texnikumun işi ilə qaynayıb-qovuşsa, yenə balaca Sabiri unuda bilmirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYNAMAQ pıqqıldamaq — paqqıldamaq
  • QAYNAMAQ qıcqırmaq — qabarmaq
  • QAYNAMAQ fışqırmaq — köpüklənmək

Antonimlər (əks mənalı sözlər)

  • QAYNAMAQ QAYNAMAQ – QURUMAQ Buradan mən görürəm çeşmələri qaynamaqda (A.Səhhət); Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub (C
QAYNAMA
QAYNANMIŞ

Digər lüğətlərdə

вы́буравить грибово́дство заму́сливание крупнотонна́жный курьёзность монито́р нотогра́фия по-колдовски́ прокле́йщик пропаганди́ст расти́льня следо́к широконо́сый анонси́роваться загла́живание лоша́дница нагрузи́ть толсто́вка карохоль ханькать dissatisfaction oxy заправлять зыбь обструкционист