QEYRƏTLİ

sif. Öz vətəninin, xalqının, yaxın adamlarının qeyrətini çəkən, şərəf və namusunu qoruyan.
Hər birimiz guya millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə.
Haşım qeyrətli və çalışqan adam olduğundan, bir gün rahat oturmurdu. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYRƏTLİ namuslu — arlı — heysiyyətli
  • QEYRƏTLİ QEYRƏTLİ Molla Nəcəfqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi (N.Nərimanov); QEYRƏTMƏND (köhn.) Sənsən İranı eyləyən ehya; Yox sənin tək vücudi-

Antonimlər (əks mənalı sözlər)

  • QEYRƏTLİ QEYRƏTLİ – RƏZİL Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi (Çəmənzəminli); Haramzada!
QEYRƏTLƏNMƏK
QEYRƏTMƏND

Digər lüğətlərdə