QİYMƏTLİ

sif.
1. Qiyməti, dəyəri yüksək, baha olan; bahalı. Qiymətli xalça. Qiymətli hədiyyə. Qiymətli şeylər. Almaz qiymətli daşdır.
– …Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə.
Hələ üstəlik, dəllək arvadının qiymətli boyunbağısı, qızıl suyuna çəkilmiş gümüş kəməri … vardı. S.Rəhimov.

// Üzərində qiyməti yazılmış olan, dəyəri üzərində göstərilmiş, pul ilə ifadə olunan. Qiymətli kağızlar. Qiymətli banderol.
2. məc. Çox lazımlı, çox mühüm, çox dəyərli. Qiymətli işçi. Arxivdən qiymətli sənədlər tapılmışdır. Qiymətli əsər. Qiymətli məlumat əldə etmək.
– Budur, yanlarından keçdi bir nəfər; Qoltuğunda qalın, qiymətli cildlər. M.Müşfiq.

3. məc. Üstün, yaxşı, xoş, əziz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QİYMƏTLİ qiymətli bax bahalı
  • QİYMƏTLİ lazımlı — mühüm — dəyərli
  • QİYMƏTLİ dəyərli — bahalı
QİYMƏTLƏNMƏK
QİYMƏTLİLİK

Digər lüğətlərdə