QOD

I
(Zaqatala)
qarğıdalı qıçası
II
(Balakən)
zibillik. – Həşhüşü qoda tulla
QOÇÜX’
QODEM
OBASTAN VİKİ
Qod Nisanov
Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı. Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Qod Nissanov
Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı. Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
La-Qod
La-Qod (fr. La Gaude) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Kan-syur-Mer-2 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Vans kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 13,1 km², əhalisi — 6608 nəfərdir (2006) artım tendensiyası ilə: 6695 nəfər (2012), əhalinin sıxlığı 511,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 6836 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 6695 nəfər.
Harold Qodvinson
Harold Qodvinson (ing. ) və ya II Harold (1022, Esseks[d] – 14 oktyabr 1066, Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — İngiltərənin son anqlosaks kralı. II Harold hakimiyyəti 6 yanvar 1066-cı il tarixindən həmin ilin oktyabr ayında, normanların İngiltərəni işğalı dövründə gerçəkləşən Hastinqs döyüşündə Fateh Vilhelm rəhbərliyindəki norman hücumçularla vuruşarkən həlak olana qədər davam etmişdir. II Harold güclü bir yarl və Böyük Knudla qohumluq əlaqəsi olan əhəmiyyətli bir anqlosaks ailəsinin üzvü idi. Yeznəsi kral Keşiş Eduard 5 yanvar 1066-cı ilsə vəfat etdikdən sonra Vitenaqemot çağırılmış, onlar isə Harold Qodvinsonu yeni kral seçmişdilər. Onun tacqoyma mərasimi Vestminster abbatlığında keçirilmişdir. Sentyabr ayının axırlarında rəqib iddiaçı norveçli III Sərt Haraldın ordusunu darmadağın etmiş və öz ordusunu cənuba, Fateh Uilyamla döyüşə aparmışdır.
Jan-Lük Qodar
Jan Lyuk Qodar(fr. Jean-Luc Godard, 3 dekabr 1930[…], VII arondisman, Fransa – 13 sentyabr 2022[…]) — fransız rejissor. == Həyatı == Jan Lyuk Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir. Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır. Qodarın həmmüəllifi olduğu "Yeni dalğa" burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. "Yeni dalğa" yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar. Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.
Kevin Qoden
Kevin Qoden (22 fevral 1999-cu ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Nürnberq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Köln === Qoden Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Qoden öz peşəkar karyerasında debütünü 19 dekabr 2017-ci ildə Şalke klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Kris Führixi əvəz etmişdir. Həmin görüşdə Köln kubok görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin may ayında Qoden Bundesliqa təmsilçilərindən olan Nürnberq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Kurt Qodel
Kurt Hödel (alm. Kurt Friedrich Gödel‎; 28 aprel 1906[…], Brno, Sisleytaniya – 14 yanvar 1978[…], Prinstom, Nyu-Cersi) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır. == Həyatı == Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Maisa Qarsiya Qodoy
Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Manuel de Qodoy
Don Manuel Fransisco Dominqo de Qodoy (di Bassano) y Alvarez de Faria, de los Rios y Sánchez-Zarzosa ayrıca Manuel de Qodoy y Alvarez de Faria de los Rios Sánchez Zarzosa (d. 12 may, 1767 - ö. 4/7 oktyabr 1851) — 1792-1797 və 1801-1808-ci illərdə İspaniya baş naziri. Ən çox bilinəni Sülh Şahzadəsi (Príncipe de la Paz) olmaq üzrə bir çox ünvana malikdir.
Moris Qodfrua-Demonbin
Moris Qodfrua-Demonbin (fr. Maurice Gaudefroy-Demombynes; 15 dekabr 1862 – 12 avqust 1957) — fransız şərqşünası və ərəbşünası. Moris Qodfrua-Demonbin 15 dekabr 1862-ci ildə Fransanın Amien şəhərində doğulmuşdu. Hüquq təhsili aldıqdan sonra Əlcəzairə gedərək orada Rene Bassetnin tələbəsi oldu; Ərəb dili və ədəbiyatı haqqında geniş bilgi aldı. Parisə dönüncə "École des langues orientales"ə daxil oldu. 1895-ci ildə Əlcəzairdə Tilimsan məktəbində müdir olaraq çalışdı. 1898-ci ildə yenidən Parisə döndü və "École des langues orientales"də kitabxana müdiri, 1911-ci ildə də eyni məktəbdə Ərəb dili müəllimi kimi işlədi. 1923-cü ildə altmış bir yaşında ikən doktorluğunu tamamladı və Paris Universiteti Ədəbiyyat fakültəsinə müəllim təyin edildi. 1927-ci ildə Sorbonnaya bağlı "École des hautes études"dəki İslam Araşdırmaları Mərkəzinə müdir vəzifəsinə dəvət edldi. 1935-ci ildə "Académie des inscriptions et belles lettres"e üzv seçildi.
Nathuram Qodse
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Natxuram Qodze
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qodarpəhn
Qodarpəhn (fars. گدارپهن‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 196 nəfər yaşayır (62 ailə).
Qodendaq
Qodendaq (nid. goedendag) — orta əsrlərə aid, əzici və kəsici effektə malik silah. Ölçusu adamboyu ölçusundə olan, uc hissəsi yuxarı doğru genişlənən dəmirlə örtulmuş və iti deşici uca mlik ağır silah. Əsasən XIV əsrdə Fransanın Flandriya qraflığında geniş istifadə edilirdi. Qodendaqın adı barədə ən çox yayılmış versiya bu silahın adının mənşəyini "Brügge Matins" (1302) hadisələri ilə əlaqələndirir. Flaman üsyançıları qarşılarına çıxan fransızları ləhcəsinə görə tanıyaraq məhv edirdilər, bunun üçün onlar fransılzarın salamlaşmasını və ya müəyyən bir şibboleti tələffüz etməyi tələb edirdilər. Beləcə niderlandca "gununuz xeyirli" mənasını verən "goedendag" sözundən silahın adı yaranır. Başqa bir versiyaya görə, qodendaq sözu nid. dolk yaxşı və fr. dague — xəncər szözlərinin birləşməsindən yaranıb və beləliklə goedendag — hərfi mənada "yaxşı xəncər" mənasını veir.
Qodesiya
Qodesiya — yaşıllaşdırmada açıq və örtülü şəraitdə əkilir. Bitki əksər hallarda qələmlə çoxaldılır. Qələmlər torpaqda tez kök atır. Bitkinin budaqlı olması və yaxşı çiçəkləməsi üçün təpə tumurcuğunu qopartmaq lazımdır. Bitkiyə yabanı halda Şimali Amerikanın qərb və cənub hissələrində rast gəlmək olar. Bu bitkinin adını isveçrəli botanik C.X.Qode vermişdir. Gülçülükdə 2 növündən istifadə edilir. İrigüllü qodesiyanın (Q.qrandiflora)-çoxsaylı iri çiçəkləri zoğların uclarında salxımçiçək qrupuna toplanmışdır. Bitkinin bir neçə qrupu vardır. Onlardan ən qiymətlisi çoxləçəkli gülləri olan Azaliya qrupudur.
Qodfri Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Qodintəpə
Qodintəpə — qərbi İranda yerləşən arxeoloji sahədir.Kanqavar vadisindəki Kirmanşah vilayətində yerləşir . 1961-ci ildə kəşf edilən sahə, 1965-ci ildən 1973-cü ilə qədər T. Cuyler Young Jr rəhbərliyindəki bir Kanada ekspedisiyası tərəfindən qazıldı və bu tədqiqata Royal Ontario Muzeyi (Toronto, Ontario, Kanada) sponsorluq edirdi. Arxeoloji sahənin əhəmiyyəti qədim Mezopotamya ticarət şəbəkələrinin qovşağında bir ticarət məntəqəsi olması ilə bağlıdır. Qodintəpədə sənətkarlığa dair ən qədim sübutlar Erkən və Orta Eneolitin XI və VII dövrləri arasından aşkarlanmışdır. Sahədə məskunlaşma e.ə 5200-cü il öncədir. Qodin çox dərin bir stratiqrafiyaya mailik olduğu üçün yaxınlığındakı Seh Qabinin onunla bağlı bölgəsinin tədqiq edilməyinə qərar verildi. Seh Qabi, Kanqavar vadisində, Qodintəpənin 6 km şimal şərqində yerləşir. Orda daha dərin səviyələrə enmək daha asandır. Burada J təbəqəsindən aşkarlanan boyalı keramika nümunələri (XI Qodin öncəsi dövrə) aiddir və boyalı keramika ənənəsinin xüsusiyyətlərini daşıyır. Basma naxışlı keramika (Qodin XI/X)dövrünə ait Dalmatəpə tipli keramika nümunələridir.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qodonu gözləyərkən
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
Qodsvey Donyo
Qodsvey Donyo (14 oktyabr 1994, Akkra) – Kiprin futbol klubu olan Apollonun hücumçusu. Falkenberqin heyətində ilk matçına 30 mart 2014-cü ildə keçirilən Malmö-Falkenberq matçında çıxıb. Matça start heyətdə başlayan Qodsvey Donyo 70-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 31-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Malmönün 3-0 hesablı qələbəsi ilə başa çatıb. Falkenberqdə ilk qolunu 12 may 2014-cü ildə keçirilən Falkenberq-Yurqorden matçının 90+3-cü dəqiqəsində vurub. Matç Falkenberqin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Norşellandda ilk matçına 20 mart 2016-cı ildə keçirilən Norşelland-Kopenhagen matçının 88-ci dəqiqəsində çıxıb. Matç Norşellandın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Norşellandın heyətində ilk qolunu 19 avqust 2016-cı ildə keçirilən Norşelland-Randers matçının 64-cü dəqiqəsində vurub.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Qodzilla (film, 2014)
Qodzilla (ing. Godzilla) — 2014-cü il istehsalı ABŞ bədheybət filmi. Legendary Entertainment tərəfindən yaradılmış MonsterVerse medifranşizinin ilk filmidir. 1999-cu il. Doktor İçiro Serizava (Ken Vatanabe) və digər alimlər Filippində naməlum maddənin skeletini tapıllar. Alimlər düşünürlər ki o, iki milyon il əvvəl vəfat edib. Amma mağara tədqiq eliyəndə, komanda bir deşik tapır. Oradan kimsə çıxıb. İz dənizə gedir. Bu vaxtada Tokioda mühəndis Co Broudi (Brayan Krenston) və onun həyat yoldaşı Sandra Broudi (Jülyet Binoş) birlikdə gedirlər AESə.
Qodzyu-ryu
Qodzyu-ryu (Yaponca:剛柔流 - Gōjū-Ryū) — Karatenin növlərindən biridir. 1920-ci illərdə Tedzyun Miyaqi uzun müddət Çində məşq etdikdən sonra yeni döyüş sənətinin əsasını qoymuşdur. Qodzyu-ryu müasir idman yarışmalarındakı karatedən fərqli olaraq daha yüksək daxili enerji və döyüş effektliyinə malikdir. Qodzyu-ryuda 13 kata vardır. Kata Qoqen Yamaquti tərəfindən təkmilləşdirilmişdir. Bu döyüş növü çətin və yumşaq texnikanın kombinasiyasıdır.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Robert Qoddard
Robert Qoddard (ing. Robert Goddard; 5 oktyabr 1882[…], Vuster[d], Massaçusets – 10 avqust 1945[…], Baltimor, Merilend) — amerikalı alim və raket mühəndisi. Onun raket texnikası üzrə apardığı işlərin əhəmiyyəti vəfatından sonra tanınmışdır. Qoddard ilk təhsilini Klark Universitetində alır. O 1910-cu ildə burada elmi işini müdafiə edərək alimlik dərəcəsinə yiyələnir. 1918-ci ildə Qoddard artıq tank əleyhinə Bazuka raketinin yaradılması ilə məşğul olur. Onun bu ideyası Birinci dünya müharibəsindən sonra 1945-ci ildə həyata keçir. Onlar İkinci dünya müharibəsində geniş tətbiq olunurlar. O, təkcə raketlərə aid nəzəri problemlərin həlli ilə yox, həm də praktikada tətbiq oluna biləcək texnikanın yaradılması ilə məşğul olur. O ilk dəfə olaraq sübut edir ki, vakuumda raket mühərrikləri itələmə qüvvəsi yaratmaq qabiliyyətinə malikdirlər.