QOLTUQÇU is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Çəmənzəminli. [Ələmdar] qoltuqçunun çiynindəki paltonu götürüb geydi. S.Rəhimov.